00:27 – xeber – Avropa Birliyi komissiyası Feysbuk, Tvitter, Maykrosoft və Yutub kimi şirkətlərlə təhqir və nifrət məzmunlu paylaşımların silinməsi mövzusunda razılığa gəlib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, AB-nin sözügedən şirkətlərlə gəldiyi razılığa görə, bu şirkətlər təhqir və nifrət məzmunlu ifadələri 24 saat ərzində siləcəklər.
Birlik yeni “ədəb qaydaları” ilə virtual platformalarda irq, din, rəng, soy, milliyyət və etnik kök məsələləri ətrafında olan təhqir və nifrət ifadə edən söhbətlərin qarşını almağı planlaşdırır.