22:38 – xeber – Avropa Birliyinə üzv ölkələr Gürcüstan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi barədə qərarının verilməsini təxirə salıb.
APA-nın məlumatına görə, bu barədə Röyters agentliyinə Avropa Birliyindəki mənbə bildirib.
Qeyd olunur ki, viza rejiminin sadələşdirilməsi sahəsində bu kimi qərar Türkiyə, Ukrayna və Kosovo-ya da şamil edilə bilər.
Qərarın Avropada yaşanan miqrant böhranı ilə əlaqədar olduğu vurğulanır.