AB Baki ile muzakireye basladi: Yeni imkanlar…


[r32]
– xeber –
Avropa Birliyi və Azərbaycan arasında vizasız rejim tətbiq olunarsa, istənilən istiqamətdə uğur qazanmaq mümkündür. Hazırda AB Azərabaycanla strateji əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verir. Bu baxımdan vizasız rejimin əhəmiyyəti böyükdür. Bu, qarşılıqlı münasibətlərin inkişafına çox ciddi, müsbət təsir edəcək. Artıq gündəm mövzusuna çevrildiyinə görə bunun bunun tez bir zamanda həll olunacağına inanıram.
Bu sözləri Axar.az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev AB və Azərbaycan arasında vizasız rejimin tətbiqi haqda danışarkən deyib. Onun sözlərinə görə, bu baş verərsə, münasibətlər yalnız iqtisadi deyil, həmçinin siyasi tərəfdən də inkişaf edəcək:
“AB və Azərbaycan arasında vizasız rejimin tətbiqi tərəflər arasındakı münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyması deməkdir. Bu tətbiq ilk növbədə iqtisadi cəhətdən böyük əhəmiyyətə malikdir. Çünki bu halda insanlar Avropaya daha rahat şəkildə gedə və biznes əlaqələrini genişləndirə bilərlər. Bu isə intensiv əlaqələrin qurulması baxımından çox faydalıdır”.
R.Rzayevin sözlərinə görə, vizasız rejimin tətbiqi həm də Dağlıq Qarabağ həqiqətlərinin Avropa ölkələrinə daha yaxşı çatdırılmasına kömək edəcək:
“Xristian himayədarlığı səbəbindən Avropa ölkələrinin Dağlıq Qarabağ haqda təsəvvürləri kifayət qədər deyil. Buna görə də vizasız rejimin tətbiqi Azərbaycan həqiqətlərinin AB ölkələrinə daha geniş çatdırılmasında xüsusi önəmə malik olacaq”.
Qeyd edək ki, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber AB və Azərbaycan arasında vizasız rejimin tətbiqi imkanının istisna olmadığını bildirib. Onun sözlərinə görə, tərəflər bir sıra prosedurları keçməlidir. Bu halda AB və Azərbaycan arasında vizasız rejim prinsipcə mümkün olacaq.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org