81 nəfər Apelyasiyadan bir daha ədalət gozləyir

16:28 – xeber – Vətəndaşların milyonlarla manat pulunu mənimsəyən “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilsə də, məhkəmənin qərarının onun əmlakının müsadirə edilməsi ilə bağlı hissəsi hələ də icra olunmayıb. 

 
Teleqraf.com-un məlumatına əsasən, bu iş üzrə 81 nəfərin zərərçəkmiş şəxs kimi tanındığı bildirilir. Həmin şəxslərə dəymiş zərərin külli miqdarda – milyonlarla manat olduğu da bəllidir. Lakin bu günə qədər zərərçəkmişlərə dəymiş ziyan ödənilməyib. 
 
Artıq xeyli vaxtdır ki, “Texnikabank”ın Bakı filialının rəhbəri Zal Yusifov tərəfindən vətəndaşlara dəymiş ziyanın ödənilməməsi hüquqşünaslar və millət vəkillərinin müzakirəsinə səbəb olub. Bu məsələni müzakirə edən şəxslər dəymiş ziyanın ödənilməsinin vacib olduğunu deyiblər. Qanunvericilikdə də birbaşa göstərilib ki, vətəndaşa dəymiş ziyanın ödənilməsi məhkəmələr tərəfindən birinci planda durur.  

Ona görə də dələduzluq cinayətlərini araşdıran hakimlər təqsirləndirilən şəxsə və onun qohumlarına məsləhət görürlər ki, vətəndaşa dəymiş ziyanın ödənilməsi vacibdir. 
 
Amma çoxlu sayda vətəndaşların milyonlarla pulunu mənimsəyən Zal Yusifov dələduzluq yolu ilə ələ keçirdiyi pulları ödəməkdən yayınır. Dələduz bankirin atası Zakir Yusifov oğlunun cinayət yolu ilə əldə etdiyi əmlakların üzərinə qoyulmuş həbslərin götürülməsi üçün adam axtarır. O, bu niyyətini həyata keçirmək üçün qapı-qapı gəzir. O, digər oğlu Zülal Yusifovun vasitəsilə ilə yuxarı dairələrlə əlaqə saxlamağa çalışır, hökmün öz xeyirlərinə həll olunması üçün dəridən-qabıqdan çıxırlar. Ata və oğul bu hərəkətləri ilə qanunları tapdamaq istəyirlər. 
 
Ali Məhkəmənin sədri Ramiz Rzayev də plenum iclaslarında, mətbuata verdiyi açıqlamalarda dəfələrlə bildirib ki, vətəndaşlara dəymiş ziyanın ödənilməsi vacib məsələdir və məhkəmələr bu istiqamətdə ciddi araşdırma aparmalıdır. 
 
Baş prokurorun müavini, Korrupsiyaya Qarşı mübarizə İdarəsinin rəisi Kamran Əliyev də yanvarın 15-də keçirdiyi mətbuat konfransında bildirib ki, ən çox korrupsiya halları bank sektorunda baş verir. 
 
Burada qeyd etmək yerinə düşər ki, Zal Yusifovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 81 nəfərin külli miqdarda pulunu mənimsəsə də, onun atası imkan vermir ki, dəymiş ziyanın ödənilməsi üçün üzərinə həbs qoyulan əmlaklar hərraca çıxarılsın və satılsın. Vətəndaşlara ziyan 2008-ci ildə dəysə də, illər keçməsinə baxmayaraq ziyanın ödənilməsi öz həllini tapmayıb. Zakir Yusifovun bu hərəkətləri nəticəsində çoxlu sayda vətəndaşların hüquqları pozulur. 
 
Zakir Yusifovun iddiası ilə növbəti dəfə “Texnikabank”ın Bakı filialının eks-rəhbəri Zal Yusifovun cinayət işi üzrə qərar ləğv edilib. Ali Məhkəmənin 14 noyabr 2015-ci il tarixli qərarı ilə iş materialları yenidən Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb. Cinayət işi apelyasiya instansiyasında hakim Vüqar Məmmədovun sədrlik etdiyi kollegiyada araşdırılır.   
 
“Texnikabank” işində bir qrup zərərçəkmişin vəkili Aqil Layıcov bildirib ki, sonuncu məhkəmə prosesində üzərinə həbs qoyulan əmlakların kimə məxsus olması ilə bağlı müvafiq qurumlara sorğu göndərilib. Onun sözlərinə görə, əmlakların Zal Yusifov tərəfindən tikildiyi sübut olunsa, o zaman üzərinə həbs qoyulan əmlakların müsadirəsi məsələsi müzakirə ediləcək.
 
Aqil Layıcov qeyd edib ki, sonuncu məhkəmə iclasında cinayət işi üzrə adı keçən heç bir zərərçəkmiş iştirak etməyib: “Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb. Sorğulara cavab veriləndən sonra proses davam edəcək”.    
 
“Vətəndaşların əmək hüquqları Liqasının sədri Sahib Məmmədovun fikrincə, istənilən situasiyada zərər vuran tərəf zərəri ödəməlidir: “Dəymiş ziyan ödənilmədiyi halda əmlak həbsə qoyulur, hərraca çıxarılmaqla zərərçəkənlərin ziyanı ödənilir”.
 
“Texnikabank” olayına gəlincə, S.Məmmədov hesab edir ki, qanunda boşluq olduğundan əmlak və ya mülklərin de-fakto sahibləri ilə de-yuri sahib fərqli olur: “Məhkəmə faktiki olaraq işin halları ilə sübut edə bilər ki, “Texnikabank”ın sabiq rəhbərinin atasının adına olan əmlak məhz dələduzluq yolu ilə əldə edilən vəsaitlər hesabına formalaşıb. Məhkəmələr bəzən subyektivliyə yol verərək başqa qənaətə gəlirlər. Əslində məhkəmə sübuta yetirilməlidir ki, mülk əslində keçmiş bank sahibinindir. Ölkədə korrupsiyaya qarşı mübarizə gedir. Hesab edirəm ki, hüquqi yolla de-fakto əmlak atasının adına sənədləşdirildiyi sübut edilsə, qərar icraya yönələ və əldə olunan vəsait də zərərçəkmişlərə verilə bilər. Əgər atası mülkün özünə məxsus olması ilə bağlı başqa məhkəməyə müraciət edibsə, belə məqamda zərərçəkmişlər gözləmə mövqeyində qalır. Hər kəsin məhkəmədə çəkişmək haqqı var. O da bunun əksini sübut etməyə çalışır. Zərərçəkənlər şikayət ediblər, istintaqı aparan tərəf bununla bağlı məsələ qaldırıb, məhkəmə qərar çıxarıb, ona görə də gözləməkdən başqa yol yoxdur”. 
 
Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin hüquq müdafiəçisi Sədaqət Paşayeva çıxış yolunu Ədliyyə Nazirliyi məhkəmə qərarlarının icrası Baş İdarəsinə müraciətdə görür: “Əmlakın müsadirə edilməsi haqda qərarını hansı rayon məhkəməsi çıxarıbsa, zərərçəkənlər qərarın icrası ilə bağlı şikayət verməlidirlər ki, məhkəmənin qərarının icrası uzadılır və icra olunmur. Dərhal qərarın icra olunmaması ilə bağlı cinayət işi açılmalıdır. Konkret hansı mülk hesabına zərərçəkənlərə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmə qərarını Ədliyyə Nazirliyi məhkəmə qərarlarının icrası Baş İdarəsinə həyata keçirməlidir.
 
Zərərçəkənlər birinci rayon məhkəməsindəki ədliyyə polisinə yaxınlaşmalıdırlar, ədliyyə polisi icra olunmayan məhkəmə qərarı ilə bağlı protokol tərtib etməli və prokurorluq cinayət işi açmalıdır ki, qərar dərhal icra olunsun. Qarşı tərəfin məhkəməni uzatması üçün heç bir səbəbi olmamalıdır. Ortada konkret məhkəmə qərarı varsa, bunun icrası ilə bağlı məsələnin üzərinə gedilməlidir. “Texnikabank”ın sabiq rəhbərinin atasının nə deməyindən asılı olmayaraq qərar icra olunmalıdır. Məhkəmə prosesində əmlakın qiyməti dəyərləndirilib və o, hərraca çıxarılaraq satılmalı və zərərçəkmişlərin pulu ödənməlidir. Bu fakt digər bank sahiblərinə də örnək olmalıdır ki, başqaları insanların pulunu mənimsəməsin”.
 
S.Paşayevanın sözlərinə görə, banklarla bağlı bu kimi hallar saysız-hesabsızdır: “İnsanlar hüquqlarını yaxşı bilmir. Bəzən bir neçə səhifədən ibarət müqavilə kağızları verirlər, insanlar bəzən müqaviləni oxumadan imzalayırlar və aldadılırlar. Sovet dövründən çıxmış insanlardır, maarifçilik aşağıdır. Belə bir vəziyyətdə bank sahibləri insanlardan istifadə edərək onların pulunu mənimsəyirlər”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org