12:20 – xeber – Meksikada dəhşətli yol nəqliyyat hadisəsi baş verib. Ölkənin eyniadlı ştatında 80 avtomobilin iştirakı ilə baş verən qəzada ən azı 9 nəfər ölüb, 22 nəfər yaralanıb.
Olkem.az xeber verir ki, anspress-in məlumatına görə, hadisə günorta saat 4 radələrində Meksikanın magistral yollarından birində qeydə alınıb. Kütləvi qəzaya güclü duman səbəb olub. Toqquşan avtomobillər arasında 2 sərnişin avtobusu da olub.
Meksikada qəza
Hazırda hadisə yerinə 100 xilasedici cəlb olunub. Bu səbəbdən magistral yolda nəqliyyatın hərəkəti iflic olub.
Miçiqan ştatında qəza
Bundan əvvəl isə ABŞ-ın Miçiqan ştatında qar bağlamış şossedə çoxsaylı avtomobil qəzası baş vermişdi.
Çətin hava ucbatından 193 avtomobil qəza törətmişdi. Hadisə bir nəfərin ölümü, 22 nəfərin xəsarət alması ilə nəticələnmişdi. Qəzanın səs-küylü olmasına səbəb bəzi yük maşınlarında fişənglərin partlaması olub.
mənbə :
anspress