8 rayon ve seherde orta mekteb direktorlarinin teyinati yeni qayda ile heyata kecirilecek

5 Yanvar 2016 12:52 – xeber –
Sumqayıt və Gəncə şəhərləri, Abşeron, Xızı, Göygöl, Samux, Goranboy və Daşkəsən rayonlarında ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinin tutulması müsabiqə yolu ilə həyata keçiriləcək.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, "Ümumi təhsil müəssisələri rəhbərlərinin hazırlanması və seçimi üzrə müsabiqənin keçirilməsi barədə" Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə icra edilir.
Yeni müsabiqə mexanizminin tətbiqinə bu il yanvar ayından start verilir. Məktəb rəhbərlərinin hazırlanması üzrə təlimlər adları qeyd edilən rayonlar da əhatə edilməklə Sumqayıt və Gəncə şəhərlərində təşkil ediləcək.
Nazirin yeni əmrinə əsasən, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Gəncə Şəhər Təhsil İdarəsi, Abşeron, Xızı, Göygöl, Samux, Goranboy, Daşkəsən rayon təhsil şöbələrinə ümumtəhsil məktəblərində vakant direktor vəzifəsi ilə əlaqədar vəziyyəti təhlil etmək, vakant vəzifənin icrası müvəqqəti həvalə edilərkən həmin yerlərin yalnız Təhsil Nazirliyi tərəfindən təşkil edilən müsabiqə nəticəsində tutulacağını nəzərə almaq tapşırılıb. Vakant yerlərin tutulması üçün yeni qayda tətbiq edilənədək Təhsil Nazirliyinə təqdim edilən namizədlərin, eləcə də bu sahədə potensialı olan müəllimlərin və direktor müavinlərinin müsabiqədə iştirakı ilə bağlı maarifləndirmə tədbirləri həyata keçiriləcək.
Təhsil Nazirliyi tərəfindən ümumi təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi istiqamətində 2013-2014-cü dərs ilindən etibarən Bakı şəhərində məktəb direktorlarının seçimi üzrə yeni mexanizmin tətbiqinə başlanılıb. Bu vəzifədə işləmək arzusunda olan pedaqoji kadrlar üçün mərhələli müsabiqə təşkil edilib, sənədlərin qəbulu, ilkin seçimin aparılması, təlimlərin keçirilməsi, yekun imtahan və müsahibə ilə nəticələnən prosedurlar tətbiq edilib.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org