13:22 – xeber – Peşmərgə qüvvələri ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin havadan dəstəyi ilə Mosul bölgəsində İŞİD-ə qarşı əməliyyatda 8 kəndi terrorçulardan geri alıb.
Axar.az xarici mətbuata istinadən xəbər verir ki, əməliyyat zamanı 140 terrorçu öldürülüb, 15 bomba yüklü vasitə məhv edilib. Əməliyyatda peşmərgə qüvvələri 5 əsgərini itirib.
Qeyd edək ki, İŞİD 10 iyun 2014-cü il tarixindən bəri təqribən 2 milyon əhalisi olan Mosulu işğal altında saxlayır.