8 azerbaycanli ogru hebs edildi

18:15 – xeber – Paytaxtda oğurluq hadisəsi qeydə alınıb.
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Sabunçu RPİ 13-cü PB və Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də “Express bank”a məxsus ödəmə terminalından 12801 manat oğurlamış Gəncə şəhər sakini Mobil Ağayev tutulub.
 
Faktla bağlı araşdırma aparılır.
 
***
 
Digər oğurluq faktının üstü isə Xırdalanda açılıb.
 
Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də və 2-də Xırdalan şəhərində yerləşən 2 saylı orta məktəbdən 2500 manat və mobil telefon, 1 saylı orta məktəbdən 580 manat, Masazır qəsəbəsində yerləşən 1 saylı orta məktəbdən kompüter, qəsəbədə yerləşən Laçın rayonunun Çıraqlı kənd orta məktəbdəki seyfdən 700 manat və 2 saylı orta məktəbin inzibati binasından 2 ədəd kompüter oğurlamış Masazır qəsəbə sakinləri Mülkədar Rəhimov, Əkbər Kərimov və Namiq Həsənli tutulublar.
 
***
 
Gəncədə mağazadan oğurluq edən Azər Zeynalov yaxalanıb.
 
Kəpəz RPİ əməkdaşlarının araşdırması nəticəsində məlum olub ki, əvvəllər məhkum olunmuş Azər Zeynalov martın 2-də həmyerlisi Ərşad Zərgərova məxsus mağazadan 300 manat, spirtli içki və tütün məmulatı oğurlayaraq oranı yandırmağa cəhd göstərib.
 
***
 
Digər cinayət isə Lənkəranda qeydə alınıb.
 
Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 9-da şəhər sakini İlqar Hüseynovun evindən qızıl və məişət əşyaları oğurlamış həmyerliləri Elnur Zeynalov və Ruslan Əliyev tutulublar.
 
***
 
Bakı sakinlərindən 76 manat məbləğində pul oğurlayan Turac Məmmədova saxlanılıb.
 
Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də Ülkər Tarverdiyevaya və Şəhla Əliyevaya məxsus ümumilikdə 76 manat oğurlamış Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Turac Məmmədova tutulub.
 
Ondan 0,207 qram heroin götürülüb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org