57 millet vekili baresinde istintaq basladi

23:46 – xeber – Türkiyədə 57 millət vəkili barəsində istintaq başlayıb.
 
Report.az bildirir ki, onların arasında Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçeli, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ da var.
 
Türkiyədə konstitusiya dəyişikliyindən sonra 152 deputat barəsində 799 cinayət işinin istintaqının aparılması və icraata götürülməsi ilə bağlı maneələr aradan qalxıb. Bu səbəbdən iyunun 9-da Ədliyyə Nazirliyi 117 cinayət işini müvafiq prokurorluqlara göndərib.
 
Məlum olub ki, 117 cinayət işindən 94-ü HDP, 16-sı CHP, 3-ü MHP, 4-ü isə AKP millət vəkilləri barəsindədir. Təkcə HDP həmsədri Səlahəddin Dəmirtaşla bağlı 15 cinayət işi var. CHP sədri Kamal Kılıcdaroğlu barəsində isə 5 cinayət işi üzrə istintaq aparılacaq.
 
Xatırladaq ki, mayın 20-də Türkiyə Böyük Millət Məclisi (TBMM) deputatların toxunulmazlıq hüququnun qaldırılması ilə bağlı konstitusiyaya dəyişiklik layihəsini 376 səs lehinə olmaqla qəbul edilib. Prezident Rəcəb Tayyib Ərdoğan sənədi imzalayıb. Bu dəyişiklik terrorçularla əməkdaşlıq edən deputatların toxunulmazlığını aradan qaldıqmağa və onlara qarşı cinayət işi açılmasına imkan verir.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org