5 yeniyetme ogru saxlanildi (FOTO)

5 Yanvar 2016 18:22 – xeber –
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları oğurluqda şübhəli bilinən 5 yeniyetməni saxlayıblar. Saxlanılan şəxslər Lənkəran sakinləri – 1999-cu il təvəllüdlü Taleh Heydərov, onun həmyaşıdı Vüsal Quluzadə, 1998-ci il Famil Rzazadə, Bakı sakinləri – 1998-ci il təvəllüdlü Nihad Məmmədov, 1999-cu il təvəllüdlü Ağa Rzayevdir. Araşdırmalar zamanı məlum olub ki, onlar ayrı-ayrı zamanlarda Lənkəran şəhəri, Nizami küçəsindəki qəzet köşkündən 600 manat dəyərində tütün məmulatları, 130 manat dəyərində mobil danışıq kartları və 70 manat nağd pul götürüblər.
Olkem.az CTV-yə (Region TV) istinadən xəbər verir ki, daha sonra isə müxtəlif vaxtlarda ayrı-ayrı mağazalardan nağd pul, ərzaq məhsulları, gümüş üzük və bilərziklər və digər aksesuarları oğurlayıblar. Dəstə üzvləri, həmçinin Lənkəran şəhərindəki "Ovçular" mağazasına giriş qapısının üzərində olan dəmir jalüzü açaraq, oradan dəyəri 2100 manat olan iki ədəd ov silahını oğurlayıblar. Saxlanılaraq istintaqa cəlb olunan Rzayev Ağa Zakir oğlu, Məmmədov Nihad Süleyman oğlu, Quluzadə Vüsal Elman oğlu, Rzazadə Famil Allahverdi oğlu və Bədəlov Taleh Heydər oğlu törətdikləri əməlləri etiraf ediblər.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org