49 surucu isden qovulub – BNA

19:12 – xeber – Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyatda sərnişindaşıma ilə məşğul olan şirkətlərə cari ilin əvvəlindən 49 sürücünün işdən kənarlaşdırılması barədə göstəriş verib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
 
O bildirib ki, buna səbəb həmin daşıyıcı şirkətlərə məxsus xətlərdə istismar olunan avtobusların sərnişindaşıma zamanı qəza şəraiti yaratması olub. İşdən kənarlaşdırılanlar arasında avtobus sürücüləri ilə yanaşı dispetçerlər də var.
 
N.Allahyarova bildirib ki, 49 nəfərin işdən uzaqlaşdırılmasına sərnişin daşınmasında yol verilən kobud nöqsanlar, sürət həddinin aşılması, davranış qaydalarında yol verdikləri qüsurlar, qəza vəziyyətinin yaranması kimi qayda pozuntuları daxildir.
 
“İşdən azad olunan sürücülər arasında yenidən işə bərpa olunanlar da var. Sərnişindaşımada kobud qayda pozuntularına yol verən sürücülərdən bəziləri bir neçə aydan sonra həmin daşıyıcı şirkətlərin öz təlim bazasında təlim keçərək yenidən işə bərpa olunub”, – deyə N.Allahyarova vurğulayıb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org