“4 aydir ki, cavab gozleyirik” – Millet vekili

09:00 – xeber – Bank sistemindəki islahatlarla bağlı müvafiq hökumət qurumlarına təqdim etdiyimiz təkliflər paketi ilə bağlı Palatanın cavabını gözləyirik.
 
Bu barədə Axar.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.
 
Millət vəkili bildirib ki, əslində, Maliyyə Bazarlarına Nəzarət Palatası təkliflərə bu həftə cavab verməli idi:
 
“Ötən həftə məsələ ilə bağlı müəyyən danışıqlar aparmışıq. Deməzdim ki, ümumi razılıq əldə olunub, ancaq müəyyən fikirlər var. Qarşıda hansı irəliləyişlərin olacağı ilə bağlı indidən nəsə deyə bilmərəm. Çünki hələ cavab məktubu almamışıq. Artıq 4 aydır cavablar gecikir. Görünür, bu sahədə çox ciddi islahalatlara getmək istəmirlər. Söhbət yalnız dollarla verilən kreditlərin qaytarılmasından getmir, həm də bankların sağlamlaşdırılmasından gedir. Hazırda banklarda vəziyyət o qədər də ürəkaçan deyil. Kredit, likvidlik və digər bir sıra problemlər qalmaqdadır. Ümumiyyətlə, qaytarılmayan kreditlərin məbləği artıb, 1,5 milyard manata yaxındır. Yəni bu məsələlər artıq müəyyən qədər öz həllini tapmalıdır”.
 
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Vahid Əhmədov və Əli Məslimli dollarla krediti olanların probleminin optimal həllinin sürətləndirilməsi istiqamətində hökumətə xüsusi təkliflər paketi hazırlayıb təqdim ediblər. Sözügedən təkliflər paketi xarici valyutada verilmiş kreditlərin maliyyə yükünün azaldılması üçün bir sıra güzəştlərin edilməsini nəzərdə tutur.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org