3861 adamin qatilinin mehkemesi baslayir

22:46 – xeber – Sabah Almaniyada minlərlə  insanın ölümündə təqsirli bilinən Osvensim ölüm düşərgəsinin  keçmiş həkimi Qubert Zafkenin məhkəmə prosesi başlayır.
 
ANS-in məlumatına görə, Qubert Zafke  1943- cü ildə feldşer işlədiyi Osvensim əsir düşərgəsində 3861 əsirin ölümündə  günahlandırılır. Məhkəmədə iki şahidin dindirilməsi gözlənilir.
 
Prokurorlar iddia edirlər ki, Zafke düşərgədə işlədiyi müddət ərzində kütləvi surətdə məhkumların öldürülməsində iştirak edib. Onların sözlərinə görə, SS rəhbərlərinin müalicəsi ilə birbaşa məşğul olan həkimin otağı əsirlərin yandırılması üçün aparıldığı qaz kamerasına gedən yolun üstündə yerləşirdi.  Zafke əsirlərin yandırıldığı krematoriyadan qalxan tüstünü gün ərzində müşahidə edib, ona görə də əsirlərin yandırılmasından xəbərsiz ola bilməzdi.
 
Aprel ayında Osvinsimin daha bir  keçmiş əməkdaşının, qarovulçu Raynold Qanninqin məhkəməsi gözlənilir. O təxminən 170 min əsirin öldürülməsində günahlandırılır.  Məhkəmənin araşdırmalarına görə, Raynold əsirlərin bölüşdürülməsi ilə məşğul olaraq kimlərin məcburi əməyə, kimlərin isə öldürülməyə seçilməsnə şəxsən qərar verib.
 
Osvensim ən böyük alman-faşist həbs düşərgəsidir. O, 1940-cı ildə Krakovdan 70 km aralıda yaradılıb. Onun yaxınlığında daha 45 konslager mövcud olub ki, onlardan ən böyüyü Bjenzink düşərgəsi idi. Burada faşistlər 1.1 milyonu yəhudi olmaqla ümumilikdə 1,4 milyon insanın həyatına son qoyub. 1945-ci ilin yanvarında sağ qalan 7 min əsir Ukrayna cəbhəsinin döyüşçüləri tərəfindən azad edilib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org