30 min is yeri acilacaq – Nazir

11:15 – xeber – “Cənub Qaz Dəhlizi” layihəsinin icrası müddətində 30 minədək yeni iş yeri yaradılacaq. Həmin iş yerlərinin 10 mini Azərbaycanda açılacaq.
 
Azərtac xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev Bakıda keçirilən beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” konfransındakı çıxışında məlumat verib. O bildirib ki, mayın 17-də Yunanıstanın Saloniki şəhərində təməli qoyulan “Trans-Adriatik” qaz boru kəmərinin (TAP) tikintisi üzrə hazırlıq işlərinin 10 faizi artıq tamamlanıb: “Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin ümumi dəyəri 9,3 milyard, TAP-ın layihə dəyəri isə 6 milyard dollardır”.
 
Nazir əlavə edib ki, TAP ilə Avropaya nəql ediləcək Azərbaycan təbii qazından Monteneqro, Xorvatiya, Bosniya və Herseqovina da istifadə edə biləcək. Konsorsium tərəfindən bu ölkələrə interkonnektorun çəkilməsi təklif edilib. TAP Bolqarıstanın təbii qaza olan tələbatının 40 faizini təmin etməyə qadirdir.
 
“TANAP-la Türkiyəyə 6 milyard kubmetr Azərbaycan qazı nəql olunacaq. TANAP Türkiyənin Rusiya qazından asılılığını aradan qaldırmağa kömək edəcək. O cümlədən TANAP qazı Rusiya qazından daha ucuz başa gələcək”, – deyə nazir qeyd edib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org