23:46 – xeber – 1986-cı ildə keçirdiyi qəza nəticəsində yaddaşını itirən şəxs 30 il sonra keçmişini xatırlayıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, yaddaşının geri qayıtması nəticəsində 30 illik müəmma ortaya çıxıb və onun gerçək adının Edqar Latulip olduğu məlum olub.
O, 1986-cı ildə Ontarioya səyahət edərkən yol qəzasına uğrayıb, sonra adını belə xatırlamayıb. Buna görə də ona yeni ad veriblər. 51 yaşlı Edqarın yaddaşı geri qayıtdıqdan sonra iddialarının doğruluğunu yoxlamaq üçün analiz verib. Latulipin nəticələri ailə üzvləri ilə uyğunlaşıb.
Həkimlər Edqar Latulipin qısa müddət ərzində ailəsinə qovuşacağını bildirib.