30 defe satilan qadin İŞİD-den qacdi – Dehset

10:26 – xeber – Son illərin ən dəhşətli qətllərinə imza atan İŞİD terror təşkilatı işğal etdiyi bölgələrdə girov götürdüyü türkman, yezidi, xristian, kürd qadın və uşaqları qul bazarlarında satmağa davam edir.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, İŞİD-in əlindən qaçmağı bacaran qadınlar girovların İraq, Suriya, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-də satıldığını bildiriblər.
 
İŞİD-dən qaçmağı bacaranlardan biri də 23 yaşlı Z.X.-dir. O, azı 30 dəfə satıldığını deyir:
 
“Bizi yaşlı və gənc olmaqla iki qrupa böldülər. Anam və əmim yoldaşının olduğu yaşlı qadınların üstünə benzin tökdülər. Yandırmaq istədikləri vaxt zəng gəldi ki, gəncləri Siba Şeyx Xıdır kəndinə gətirin və sonra qayıdıb qalanları yandırın. Onlar bizi bu kəndə gətirən vaxt anam qaça bilib, atam isə İŞİD-in əlində qalıb. Daha sonra öyrəndim ki, onun başını kəsiblər.
 
Bizi daha sonra Baje kəndinə apardılar və burada 2 saat qaldıqdan sonra Mosula götürüldük. Burada bizi döyür, bəzi qadınları zorlayırdılar. Bu kənddə 8 gün qaldıqdan sonra 27 qadın Til Sıxar kəndinə satılmaq üçün aparıldıq. 10 gün sonra Til Azir yaxınlığındakı kənddə yaşayan birinə satıldım. Məni satan terrorçu bir müddət sonra özünə azyaşlı qız uşaqları satın aldı. O məni axtarıb tapdı və uşaqlara yemək bişirmək üçün geri apardı. Bu uşaqlara təcavüz edirdilər. Daha sonra məni bir əmir aldı və yolda təcavüz etdi. Bizə davamlı olaraq “sizi Səudiyyə Ərəbistanı və Suriyada satacağıq”, deyirdilər. Bir gecə dözə bilmədim və 13 yaşındakı qız uşağını da götürüb qaçdım. Nəhayət, gəlib bir evə çıxdıq. Lakin ev sahibi İŞİD-dən qorxduğu üçün bizi çölə atdı. Ac-susuz küçələrdə gedib peşmərgə qüvvələrinin olduğu yerə çatdıq.
 
O günlərin geridə qaldığına hələ də inana bilmirəm. Hər dəfə suyumuza sidik qatıb içirdirdilər. Soyuq su ilə işgəncə verirdilər. Bu yaxınlarda hələ də İŞİD-in əlində olan bir dostum mənə zəng vurdu. Hazırda qadınlar oralarda satılmaqda davam edir. Bakirə olanlar 2500 dollara satılırdı. Məni bir dəfə 700 dollara satdılar. Azı 30 dəfə satılmışam. Satışlar minimum 10 dollara qədər düşürdü. Bacım hələ də İŞİD-in əlindədir. Hər gün qaçmağa cəhd etsə də, onu tuturlar. Hələ də şokdayam. Yaşadıqlarımı unuda bilmirəm”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org