11:52 – xeber – Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 7 aprel – 28 may tarixlərində Füzuli, Ağcabədi və Tərtər rayonlarında aşkar olunan Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlayıb.
ANAMA-dan APA-ya verilən məlumata görə, 28 may tarixində 5 ev və həyətyanı sahə, 7 əkin sahəsi, 1 orta məktəb ərazisində, 24 partlayış yerinə baxış keçirilib.
Baxış nəticəsində 4 ədəd partlamamış hərbi sursat (3 ədəd qrad raketinin mühərrik hissəsi və 1 ədəd 122 mm-lik top mərmisi) aşkar olunaraq götürülüb və gün ərzində 54 440 kv. m ərazi təmizlənib. Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.