250 min dollari batan mugenni prezidente muraciet etdi

12:49 – xeber – Bankda 250 min dolları batan azərbaycanlı müğənni Yaqub Zurufçu prezident İlham Əliyevə müraciət edib.
 
Müğənni Lent.az-a daxil olan müraciətində bildirir ki, 2009-cu ildə prezident İlham Əliyevin ona Azərbaycan vətəndaşlığı verməsindən qürur duyur və bundan sonra ABŞ-dan Bakıya köçüb:
 
“Bakıya gələndə əlimdə olan 250000 dollar məbləği "Royal Bank"a əmanət qoydum. Bank bağlandıqdan sonra qoyduğum əmanət də bankda həbs olundu. Bakıda qərib olduğumdan və heç bir yerdə işləmədiyimdən maddi durumumu da heç kəsə deyə bilmirəm”.
 
Zurufçu yazır ki, daha öncə də bu məsələ ilə bağlı aidiyyəti qurumlara bir neçə dəfə müraciət edib:
 
“Sizdən xahiş edirəm ki, mənim ulu öndər Heydər Əliyevə sadiq, Azərbaycan dövlətçiliyinə bağlı biri olaraq, məsələmə xüsusi diqqət göstərəsiniz. Öncədən təşəkkür edirəm”.
 
Qeyd edək ki, Y.Zurufçunun “Röyal Bank”da pulunun batması barədə bu ilin mart ayında məlumat yayılmışdı.
 
Həmin vaxt “Royal Bank” ASC-nin ləğvedicisi olan “Azerbaijan İnternational Consultinq Company” MMC-nin direktoru Natiq Yusifoğlu APA-ya açıqlamasında bildirmişdi ki, adıçəkilən bank 2012-ci ilin avqust ayından iflas prosesindədir: "Yaqub Zurufçu əmanətinin müəyyən hissəsini alıb. Hazırda “Royal Bank”ın əmanətçilərinə əmanətləri tam qaytarmağa maddi vəsaiti yoxdur. Qanuna əsasən, tranşla vəsait yığıldıqca, əmanətçilər arasında bölüşdürülür. Ona görə də ləğvedici tərəfindən verilmiş kreditlər üzrə yığımlar toplanılır, toplandıqca da hər kəsin, eləcə də Yaqub Zurufçunun əmanətinin müəyyən hissəsi ödənilib. Müəyyən zaman daxilində bütün ödənişlər başa çatdırılacaq. Hələlik zamana ehtiyac var. Çünki vəsait yığıldıqca hissə-hissə qaytarılır. Qeyd olunan məbləğin hamısı ödəniləcək, lakin proses hissə-hissə həyata keçiriləcək".

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org