2018: Sari İt ilinde bizi neler gozleyir? – Proqnoz


[r32]
– xeber –
Qarşıdan 2018-ci il – Sarı İt ili gəlir. Fevralın 16-da (Bakı vaxtilə 01:05-də) start götürəcək torpaq ünsürlü ilin himayədar planeti Venera olacaq.
Sarı İt ilinin xarakteristikası haqda Axar.az-a danışan astroloq Səbuhi Rəhimli bildirib ki, İt ilinin mövcud olduğu bütün dövrlərdə qüvvələr nisbəti tarazlaşır, zəif tərəf olmur.
Astroloqun sözlərinə görə, ötən Xoruz ilinə nisbətən bu dövrdə iddialar yalnız söz və debatlarla yekunlaşmayacaq, rəqib qüvvələrin yeni qarşıdurma dövrü başlayacaq və bu, mütləq bir sonluqla tamamlanacaq:
“İt ili həm də dünyada mövcud olan siyasi fikir ayrılıqlarını qaydasına salır, müharibələri dayandırır, insanlarda vəhdət və birlik yaradır, xalqları milli özünüdərkə aparır. Yerin ahəngi əsaslı şəkildə bərpa olunur, böyük və müsbət dəyişikliklərə yol açır. Sakit və müdrik İt çılğın adamları, ağılsız risk edənləri, tənbəlləri sevmir və öz hakimiyyətində onların çoxunu cəzalandırmaqla, sınağa çəkməklə sakitləşdirməyi bacarır. Yeri gəlmişkən, belə illərdə ən böyük uğur incəsənətin, xüsusən də aktyor sənətinin öhdəsinə düşür”.
Astroloqun sözlərinə görə, qarşıdakı ildə astronomik tutulmaların sayı 5 olacaq:
“31 yanvar tarixində Tam Ay tutulması, 16 fevral tarixində Qövsvari Günəş tutulması, 13 iyulda Adi Günəş tutulması, 28 iyul tarixində Adi Ay tutulması, 11 avqust tarixində isə Adi Günəş tutulması hadisəsi baş verəcək”.
Səbuhi Rəhimli bildirib ki, bundan öncə İt ilində xeyli qəribə olaylar baş verib:
“Müqəddəs Roma İmperiyası yaradılıb, qanlı Çaldıran döyüşü baş verib, Osmanlılar Təbrizi işğal edib, Azərbaycanın şimal torpaqlarına yürüş edən general V.Zubovun komandanlığı altındakı rus qoşunları Bakını ələ keçirib, İranda türk mənşəli Qacarlar sülaləsi hakimiyyətə gəlib, Azərbaycan səhnəsində Üzeyir Hacıbəylinin “Ər və arvad” adlı ilk musiqili komediyası tamaşaya qoyulub, SSRİ qurulub, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yaradılıb. Bundan başqa, Adolf Hitler Almaniyada prezident hakimiyyətini mənimsəyib, BMT-də Fələstin və İsrail dövlətlərinin yaradılması barədə qərar çıxarılıb, Təbriz Universiteti açılıb, “Luna-16” kosmik gəmisi Aydan torpaq gətirib, yaponlar ilk elektron kalkulyator hazırlayıb, Bakı metrosunda iki dəfə terror olub, Qarabağda atəşkəs elan olunub, “Əsrin müqaviləsi” bağlanıb, Moskvanın “Bauman” bazarının uçması nəticəsində 40-dan artıq soydaşımız həlak olub”.
Astroloq qeyd edib ki, bir sıra sənətkarlarımız İt ilində anadan olublar:
“Adil İsgəndərov, Cəfər Xəndan, Rəsul Rza, Sabit Rəhman, İmam Mustafayev, Ələsgər Ələkbərov, Fikrət Əmirov, Rauf Hacıyev, Sara Qədimova, Şövkət Ələkbərova, Ceyran Haşımova, Famil Mehdi, İlyas Tapdıq, İsi Məlikzadə, İslam Rzayev, Tofiq Bayram, Ələddin Abbasov, Allahverdi Bağırov, Anatoli Banişevski, Ceyhun Mirzəyev, Hüseynağa Hadıyev, Kamil Vəli Nərimanoğlu, Nüsrət Kəsəmənli, Rafiq Hüseynov (diktor), Rais Rəsulzadə, Ramiz Fətəliyev, Ramiz Rövşən, Rəfael Dadaşov, Seyran Səxavət, Ramiz Mirişli, Yalçın Rzazadə, Yasin Qarayev, Zərdüşt Əlizadə, Aydın Talıbzadə, Mahmudəli Çöhrəqanlı, Vaqif Sultanlı, Vidadi Həsənov, Yadigar Muradov, Anar Məmmədxanov, Aynur Sofiyeva, Ramilə Qurbanlı, Rövşən İsax, Əvəz Zeynallı, Tural Abbaslı, Rəşad Sadıqov, Rada Nəsibova kimi məşhurlar məhz İt ilində dünyaya göz açıblar”.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org