2016-ya damğa vuracaq hadiseler – PROQNOZ

28 Dekabr 2015 22:01 – xeber –
Təxminən 3 gündən sonra 2016-cı təqvim ili start götürəcək. Hələ ki, hamının başı 2015-də olanları xatırlamağa qarışıb. Amma biz ənənəni pozmaq qərarına gəldik – futbol aləmində.
Olkem.az xeber verir ki, publika.az 2016-cı ilin ən yaddaqalan futbol hadisələrini indidən proqnozlaşdırıb.

“Lester” – İngiltərə çempionu

Son illər futbolda baş verənlərə fikir vermisiz? Hər dəfə bir sürprizlə qarşılaşırıq. İki il əvvəl “Atletiko” İspaniya çempionu olmaqla futbolsevərləri yaxşı mənada təəccübləndirdi. Ondan əvvəl Almaniyada “Bavariya”nın hegemonluğuna son qoyan və Yürgen Kloppla Çempionlar Liqasının finalına kimi irəliləyən Dortmund “Borussiya”sı dünyanın sevimli klubuna çevrildi. “Lester” nağılı isə daha maraqlıdır. 2016-cı ilin ən böyük sensasiyasını İngiltərə çempionatından gözləyin.
İbrahimoviç – ÇL-in qalibi

Stiven Cerrard və İngiltərə çempionluğu, Lionel Messi və dünya çempionluğu nə deməkdirsə, Zalatan İbrahimoviç və Çempionlar Liqası da eyni mənanı daşıyır. İlk baxışdan əlçatmaz görünən bu mifi 2016-cı ildə Zlatan dağıda bilər. Yayda isveçli qoleador bu suala cavab tapa bilsə, möhtəşəm karyerasına unudulmaz rəng qatacaq.
Joze Mourinyo (Mançester Y), Pep Qvardiola (Mançester S)

Son illər İngiltərə Premyer Liqası böyük futbolçular itirib: Beyl, Suares, Di Mariya, Teves, Lempard. Onların yerinə Aleksis Sançes, Özil, De Bruyne kimi ulduzlar gəlib. Qalan bütün ən yaxşı futbolçular İspaniya, Almaniya və Fransada top qovur. İngilislər buna necə cavab verəcək? Cavab sadədir: Premyer Liqada müasir dövrün ən güclü baş məşqçiləri toplaşacaq. Bir anlıq təsəvvür edin ki, Qvardiola, Mourinyo, Klopp, Venger və Dieqo Simeone eyni zamanda Premyer Liqada işləyir. Sonra bura Klaudio Ranyerini və Roberto Martinezi də əlavə edin…

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org