2016-ci ilde en boyuk felaket proqnozu (FOTO)

31 Dekabr 2015 13:43 – xeber –
2016-cı ildə qıtlıq, xəstəliklər milyonlarla insana ziyan vuracaq.
Olkem.az anspress-ə istinadən bildirir ki, bütün bunlara "El Ninyo" cərəyanının təsiri səbəb olacaq. Cərəyan qlobal iqlimə olduqca böyük təsir göstərəcək.
BBC-nin məlumatına görə, "El Ninyo"nun dünyanın bəzi bölgələrində quraqlıq, bəzi yerlərdə isə leysanlara səbəb olacağı barədə xəbərdarlıq edilib.
Növbəti altı ayda cərəyan Karib dənizi hövzəsi, Mərkəzi və Cənubi Amerika, Qvatemala, Honduras, Nikaraquada da milyonlarla insana mənfi təsirini göstərəcək.
Qlobal istiləşməyə səbəb olan "El Ninyo" 2015-ci ili tarixin ən qızmar ili kimi tarixə salmışdı. Gələn il isə onun təsirini daha da artıracağı proqnozlaşdırılır.

İngiltərənin Reading universitetinin elm xadimi Nik Klingamanın sözlərinə görə, bir çox tropik ölkədə yağışların miqdarı 20-30 faiz azalıb. "İndoneziya tarixinin ən böyük quraqlığını yaşayıb. Hindistanda musson yağışlar 15 faiz az müşahidə edildi. Braziliya və Avstraliyada da eyni hadisələri gözləyirik".

Cərəyanın ən şiddətli təsiri isə Afrikada hiss ediləcək. Fevral ayında onsuz da qıtlıqla mübarizə aparan Afrika ölkələrində vəziyyət daha da gərginləşəcək.
Bu gün Afrika qitəsində 31 milyon insan qida çatışmazlığından əziyyət çəkir. Bunun böyük bir qismi isə Efiopiyanın payına düşür.
Humanitar yardım qurumları 2016-cı ildə Efiyopiyada 10,2 milyon, Cənubi Afrikada isə mart ayına kimi 3 milyon insanın humanitar yardıma möhtac olacağını deyib.
"El Ninyo" cərəyanı Sakit Okeanda yaranır, su səthinin isinməsi ilə özünü göstərir. Hər 3-7 ildən bir təkrarlanan "El Ninyo" Sakit okeanın çox qızması nəticəsində yaranır. "El Ninyo" İspan dilində oğlan uşağı mənasına gəlir.
Soyuma prosesi isə "La Nina" adlanır ki, bu da qız uşağı mənasına gəlir.

"El Ninyo" yaratdığı effekt nəticəsində qasırğa, quraqlıq, su basqınları kimi təbii fəlakətlərə yol açır.
Dünya Meteorologiya Təşkilatı (WMO) noyabr ayında son 15 ilin ən güclü, son 50 ilin isə üç ən güclü "El Ninyo" hadisəsi yaşandığı barədə məlumat yayıb.
Bu cərayan hətta dünyanın ən quraq səhrasına da təsirsiz ötüşməyib. Belə ki, Atakama səhrası Yer kürəsinin ən quru səhrası hesab edilir. Çilidə yerləşən bu səhra artıq çiçəklərlə örtülüb.

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org