14 dovlet 1-e qarsi: ABŞ tecrid olunur? – Politoloq


[r32]
– xeber –
Əslində, bu açıqlama müəyyən dərəcədə yaranmış vəziyyətə işıq saçıbsa da, bunu birmənalı qarşılamaq olmaz.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə rusiyalı senator Aleksey Puşkovun ABŞ-ın Qüdsün statusundakı dəyişikliklərin tanınmaması barədə qətnamənin qəbul edilməsinə mane olmaqla özünü təcrid etdiyi haqda açıqlamasına münasibət bildirərkən deyib. O bildirib ki, ABŞ-ın Qüdslə bağlı addımı həm ənənəvi müttəfiq üçün, həm də ABŞ-ın Yaxın Şərqdəki amerikalı partnyorları üçün qəbuledilməzdir:
“Amma dünya ölkələri ilə Amerikanı daha sıx tellər bağlayır ki, ABŞ-ın dünyadan təcrid ediləcəyi, yaxud da dünya ölkələrinin ABŞ-la birdəfəlik əlaqələrini kəsməsi real görünmür. Doğrudur, ABŞ-la digər ölkələr arasında ziddiyyətlər arta bilər, amma demək olmaz ki, ABŞ təcrid olunur, yaxud da tədricən ABŞ izolyasiyaya düşə bilər”.
Politoloq qeyd edib ki, eyni zamanda, yaranmış ziddiyyətlərdən istifadə edərək, Rusiya öz mövqelərini möhkəmləndirir:
“Rusiyanın bu zəmində fəaliyyətini davam etdirməsi üçün yaxşı zəminlər yaranır. Ona görə də Rusiya bundan çox yaxşı da istifadə edir. Bu tendensiyanın nə vaxta qədər davam edəcəyini və qırmızı xətti kimin keçəcəyi və bunun necə müəyyənləşdiriləcəyini demək olmaz. Amma bu açıqlamalarla və tutduğu mövqe ilə ABŞ regionda mövqelərini xeyli zəiflətmiş olur”.
Politoloqun sözlərinə görə, nəzərə alsaq ki, Rusiya, ABŞ və digər ölkələr arasında rəqabət getdikcə artır, bu mövqedə qalması ABŞ-ın xeyrinə deyil.
Qeyd edək ki, rusiyalı senator Aleksey Puşkov ABŞ-ın Qüdsün statusunda dəyişikliklərin tanınmaması barədə BMT TŞ-na təqdim edilən qətnamə layihəsinin qəbul edilməsinə veto qoymaqla özünü təcrid etdiyini bildirib. Qətnamə layihəsinin lehinə 15 dövlətdən 14-ü səs verib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org