1375 dollara satilan tort dilimi

16:28 – xeber – Kral ailəsinə məxsus toy tortunun dilimi hərracda böyük məbləğə satılıb.

Olkem.az xeber verir ki, anspress-in xarici mətbuata istinadən yaydığı məlumata görə, ABŞ-da Uels şahzadəsi Diana və şahzadə Çarlzın 1981-ci ildə keçirilən toy mərasimi üçün hazırlanan tortun bir parçası 1375 dollara satılıb.

Tort diliminin saxlanıldığı qutunun üzərində gümüşü hərflərlə şahzadə Çarlzın və Diananın adlarının baş hərfləri, toyun tarixi və keçirildiyi yer – “CD/ Bukinhem sarayı/29 iyul 1981” sözləri ilə göstərilib.


Hərracda satılan tort dilimi

Hərracı qazanan Sem Heller öz fikirlərini belə ifadə edib: “Kolleksiyaçılar ötən əsrin ən məşhur tarixi toyunun bir parçasını almaq üçün böyük məbləğdə vəsait xərcləməyə hazırdırlar”.

Şirniyyatçı Devid Eyver tərəfindən hazırlanan və 34 il xüsusi şəraitdə saxlanılan meyvəli tort diliminin görünüşü isə çox yaxşı qiymətləndirilir. Keçmiş sahibinin sözlərinə görə desertin xarici görünüşü dəbdəbəli tarixi toydan indiyə qədər keçən uzun illər ərzində heç dəyişməyib.

Şahzadə Uilyam və Keyt Midltonun 2011-ci il aprelin 29-da baş tutan toylarındakı tort dilimi də hərraca çıxarılmışdı.

Desert 2013-cü ildə Kaliforniya ştatında keçirilən hərracda 4160 dollara satılmışdı.Hərracı qazananın kimliyi isə açıqlanmamışdı. Amma Uilyam və Keytin toyları üçün tortu hazırlayan qənnadı şirkətindən desertin hələ də yeməli vəziyyətdə olduğu bildirilmişdi.


Şahzadə Uilyam və Keyt Midltonun toyları üçün hazırlanan tort

Həmin biskvitli tortun tərkibinə isə kişmiş, qoz, albalı, limon, portağal və fransız konyakı qatılmışdı. Tort ümumilikdə 650 hissəyə bölünmüşdü.

mənbə :
anspress

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org