12 nefer prokurorluqdan cixarildi – Qaralov

09:35 – xeber – Bu il 12 nəfər Azərbaycanın prokurorluq orqanlarından xaric edilib.
 
Report xəbər verir ki, bunu baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.
 
Onun sözlərinə görə, 2016-cı ilin ötən dövründə xidməti və əmək intizamının tələblərini pozduğuna, yaxud digər qanunsuz hallara yol verdiklərinə görə 45 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib:
 
“Bundan başqa, 19 nəfərə şiddətli töhmət və töhmət verilib, 3 nəfər vəzifədən azad edilib, 2 nəfər aşağı vəzifəyə keçirilib”.
 
Z.Qaralov qeyd edib ki, 2016-cı ildə prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilən sayca 17-ci müsabiqədə iştirak etmək məqsədilə sənədlərini təqdim edən gənc hüquqşünaslardan 117-si prokurorluqda qulluğa qəbul ediliblər:
 
“Hazırda 2002-ci ildən keçirilən müsabiqə yolu ilə qulluğa qəbul edilən işçilər prokurorluğun kadr korpusunun 63 faizini təşkil edir. Bu müddətdə Prezident tərəfindən 2 prokurorluq işçisi “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib, Baş Prokurorluq üzrə müvafiq əmrlərlə 145 prokurorluq işçisi barədə həvəsləndirmə tədbiri tətbiq olunub, o cümlədən 5 nəfər “Prokurorluğun fəxri işçisi” döş nişanı, 48 nəfər Fəxri fərmanla təltif edilib, 15 nəfərə mükafatlandırma qaydasında rütbə, 12 nəfərə isə pul mükafatı verilib. Bundan əlavə, hərbi prokurorluq orqanlarının 44 işçisi “Qüsursuz xidmətə görə” medalları və yubiley medalı ilə təltif ediliblər”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org