100 minlik masinla 1 manata… – Reyd

11:30 – xeber – Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Səbail rayon Dövlət Yol Polisi Şöbəsi bir qrup jurnalistin iştirakı ilə dayanma-durma və parklanma qaydalarının pozulmasına qarşı reyd keçirib.
 
Reyd Səbail rayonu, Neftçi Qurban, 20-ci sahə, Bayıl dairəsi və digər ərazilərdə baş tutub. Avtosfer.az-ın məlumatına görə, vətəndaşların müraciətləri nəzərə alınaraq reyd 20-ci sahə dairəsindən başlanılıb. Burada taksilər və şəxsi avtomobillər avtobus dayanacaqlarını zəbt etdiyi üçün avtobuslar yolun hərəkət hissəsində dayanmalı olur. Buna görə də sərnişinlərin həyatına təhlükə yaranır və yolda daim sıxlıq müşahidə olunur.
 
Yol polisi əməkdaşları əraziyə gələn kimi dayanacağı zəbt edən taksi sürücüləri dərhal oradan uzaqlaşıblar.
 
Onlardan bir neçəsinə protokol yazılıb. Sonra məlum olub ki, "Ford" markalı avtomobili avtobus dayanacağında saxlayan vətəndaş burada süd və süd məhsullarının satışı ilə məşğul olur. Bunun nəticəsində ətrafa pis qoxu yayılıb. Yol polisi əməkdaşları həmin avtomobili evakuasiya edərək cərimə meydançasına aparıblar.
 
Cəmi yarım saat sonra dayanacaqda vəziyyət normallaşdı və avtobuslar dayanacağa rahat daxil ola biliblər.

Lakin az sonra taksi sürücüləri yol polislərinə yaxınlaşıb etirazlarını bildirib. Onların sözlərinə görə, burada bir cərgədə dayanıb müştəri gözləyirlər və heç kimə mane olmurlar:
 
"Amma şəxsi maşınlarla gəlib dayanacaqda dayananlar da olur ki, biz də onlara görə əziyyət çəkirik. Bəzən olur ki, 100 minlik maşınla burada ikinci cərgədə dayanıb, Sahil və Lökbatan qəsəbələrinə adambaşına 1 manatdan müştəri yığanlar olur. Belələrinə görə bizə söz gəlir. Dəfələrlə başqalarına irad tuturuq, amma dava düşür. Hətta yola görə əlbəyaxa davaya da çıxanlar olub". 

Bakı şəhər DYPİ-nin bölmə rəisi Vaqif Əsədov burada sürücülər və sərnişinlərlə söhbət apardı, onları yol polisinə dəstək olmağa, bu cür qayda pozub dayanacaqları zəbt edənlərə qarşı birgə mübarizə aparmağa çağırıb. Dayanacaqda avtobuslara nəzarət edənlər də etiraf edib ki, taksilər onların işinə əngəl törədir, buna görə də, burada yolda tıxac və qəzalar baş verir.

Burada səliqə-səhman yaradılandan sonra yol polisi Bayıl dairəsində reyd keçirib. Lakin burada əvvəlcədən kimsə xəbər verdiyi üçün taksi sürücüləri qaçıb gizlənmişdi. Yalnız iki avtomobilə protokol yazan yol polisləri daha sonra yolun əks tərəfində park edilmiş nömrəsiz "Mersedes"i cərimə meydançasına apariblar.

Bayıldakı 5 nömrəli doğum evinin qarşısında dayanma-durma qadağan edilsə də, bu ərazidə yolun sol tərəfindən park edilən onlarla avtomobilin sürücüsünə də cərimə yazılıb. Onların arasında xanım sürücü də var idi ki, o öz avtomobili ilə yolayrıcını bağlamışdı və hərəkətə mane olurdu. Lakin söhbət zamanı məlum olub ki, şirkət əməkdaşı olan xanım sürücünün bu cür qayda pozuntularından məlumatı yoxdur.

Doğum evinin qarşısındakı reyd zamanı məlum olub ki, burada yol polisinin jiletinə oxşar geyimlərdən istifadə edən iki nəfər qanunsuz park yeri yaradıb. Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis mayoru Cəmşid Şənifəyev həmin şəxslərlə söhbət edərkən məlum olub ki, bələdiyyə onlardan birinə parkinq fəaliyyəti ilə bağlı sənəd verib. Lakin bu sənəddə yalnız yolun sağında 10 avtomobilin park edilməsinə icazə verildiyi əksini tapsa da, bu şəxslər yolun solunda da maşın saxladıb 1 manatdan yerpulu yığırlar. 

Reydin sonunda DYPŞ rəisi Cəmşid Hənifəyev bildirib ki, ümumilikdə 100-dən çox sürücüyə inzibati protokol yazılıb. Onlardan 42 nəfəri avtobus dayanacaqlarında taksi fəaliyyəti göstərənlərdir.
 
Bundan əlavə, 12 avtomobil evakuasiya edilərək cərimə meydançasına aparılıb. C.Hənifəyev bildirdi ki, bu cür tədbirlər davamlı olacaq.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org