10 yasli usaq 6 ay zibilxanada yasadi (FOTO)

9 Yanvar 2016 11:04 – xeber –
Ukraynanın Çerkassı şəhərindəki ailələrdən birinin övladı olan 10 yaşlı Boqdan Furman 6 ay əvvəl yoxa çıxmış, itkin düşmüşdü. Polis onu axtarsa da, tapa bilməmişdi.
Uşağın valideynlərinə deyilmişdi ki, Boqdan çox yəqin pedofil qurbanı olub və öldürülüb.
Lakin Boqdanın bu yarım il ərzində zibilxanada, özünə düzəltdiyi kiçik daxmada yaşadığı bəlli olub.
Olkem.az European-a istinadən bildirir ki, Boqdan tapılıb və ailəsinə qaytarılıb.
Dnepr çayının sahilindəki zibilxanada yaşayan Boqdanın dediyinə görə, evdən qaçmasına səbəb valideynləri olub.
"Özümü çox pis, bədbəxt hiss edirdim. Atamla anam içib sərxoş olur, məni hər gün döyürdülər. Bezib evdən qaçdım. Zibilxanada 24 yaşlı oğlanla tanış oldum. O, mənə həm böyük qardaş, həm də ata oldu. Məhz onun sayəsində sağ qaldım. Halbuki, evdə olanda məktəbdən mümkün qədər gec qayıtmağa çalışırdım ki, sərxoş atam məni döyməsin", – Boqdan söyləyib.
Boqdanın sözlərinə görə, zibil yığıb təkrar emal məntəqələrinə təhvil verməklə yaşayırmış.
Boqdanın böyük bacısı Larisa isə deyir ki, qardaşı hər şeyi "tündləşdirir": "Ailəmiz zəhmətkeşdir, kasıbdır. Boqdanı da anam döymürdü. Qardaşımı anlaya bilmirəm".
Boqdanın anası Nadejda Furman polisə minnətdarlıq edib və oğluna bundan sonra daha yaxşı baxacağını söyləyib.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org