1 kvadratmetri 3300 manat (FOTO)

31 Dekabr 2015 16:45 – xeber –
Belçikalı memar Vinsent Kallebot 20.000 adam üçün nəzərdə tutulan sualtı göydələnlərin konseptual layihəsini hazırlayıb.
Olkem.az anspress-ə istinadən bildirir ki, layihəyə əsasən, ekoloji cəhətdən təmiz strukturların yeraltı yanacağa ehtiyacı yoxdur, çünki enerji və istiliyi onlar özü hasil edir. Müəllif şübhə etmir ki, layihə həyata keçiriləndən sonra atmosferə atılan zərərli tullantıların miqdarı azalacaq.
Hər sualtı göydələn daxili quruluşuna görə meduzanı xatırladır. Giriş və körpü səthdə yerləşir, spiral şəklində olan sualtı hissə isə 1.000 metr dərinliyədək uzanır. Sualtı evin daxilində ofislər, emalatxanalar, elmi laboratoriyalar, dəniz fermaları, kənd təsərrüfatı bitkilərini yetişdirmək üçün yer və çəmənlikdən ibarət parklar yerləşdiriləcək.
İçməli suya olan tələbatı xüsusi elektrik stansiyası hesabına ödəmək planlaşdırılır. Hava dəniz səthindən yuxarıda yerləşən külək boruları vasitəsilə konveksiya yolu və ya oksigen stansiyasının köməyi ilə dəyişiləcək. Sualtı göydələn sakinlərinin azuqəsini mərcan qayalıqları, balıqçılıq və xüsusi fermalar təmin edəcək.
Vinsent Kallebot hesab edir ki, sualtı göydələnlər dünya okeanı akvatoriyaları üzrə səpələnmiş, eni 500 metr, dərinliyi 250 mərtəbə hündürlüyündə olan ekoloji kəndlərin əsasını təşkil edəcək. Sualtı yaşayış sahəsinin 1 kvadratmetrinin qiyməti 1430 funt-sterlinq olacaq.

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org