​İtaliyada siqaret kotuyunu yere atanlar 300 avro cerime olunacaq

29 Dekabr 2015 08:18 – xeber –
İtaliya parlamentariləri ictimai yerləri zibilləyən şəxslərə qarşı tədbirlərin sərtləşdirilməsi ideyasını dəstəkləyiblər.
"Report" "The Local" nəşrinə istinadən xəbər verir ki, siqaret kötüyünü yerə atan vətəndaşlar 300 avro məbləğində cərimə ediləcəklər.
Eyni zamanda saqqızı yerə tüpürüb atanlar 30 avro, bir istifadəlik stakanları zibil qutularına məhəl qoymadan yerə tullayanları isə 150 avro cərimə gözləyir.
Cərimələrdən əldə olunacaq vəsaitin velosiped dayanacaqlarının abadlaşdırılması və zibilin toplanması üzrə texnologiyaların tətbiqinə sərf olunacağı gözlənilir.
Nəşr yazır ki, parlament tərəfindən qəbul olunan qarar yerli idarəetmə orqanlarının üzərinə mümkün qədər çox zibil qutusu və külqabı quraşdırmaq öhədəliyi qoyur.

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir