Ət 5 manata, kolbasa 4 manatae.. – Ekspert

11:49 – xeber – Azərbaycana dondurulmuş ət 1 manat 70 qəpiyə idxal olunur.
 
Bunu Axar.az-a kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli kolbasa-sosiska məhsullarının istehsalının neçəyə başa gəlməsi haqda danışarkən deyib.
 
Ekspertin sözlərinə görə, yerli dana ətinin topdansatış qiyməti 5 manatdır. V.Məhərrəmov yerli məhsulların bölgələrdə bəzən 6 manata da təklif olunduğunu qeyd edib.
 
Mütəxəssis kolbasa və sosiska istehsalında inək ətindən istifadə olunduğunu vurğulayıb: “Qoca inəyin əti 1 manat 50 qəpikdir. Hətta bəzi hallarda ölmüş heyvanların ətindən də kolbasa istehsalında istifadə edirlər. Çünki daha ucuzdur.
 
Bundan başqa, ətin keyfiyyəti saxlanma şəraitindən də asılıdır. Məsələn, xüsusi cins heyvanlar var və onları kökəldirlər. Bu zaman çəki artımı almaq mümkün olur. Bu cür heyvanlar nisbətən ucuz başa gəlir.
 
Amma bəzən fermer özü də bilmədən inəyi kökəltməklə məşğul olur və xərc çoxalır. Yəni, bu gün Azərbaycanda ət istehsalının qiymət diapozonu fərqlidir və vahid tarif yoxdur”.
 
Ekspert əlavə edib ki, kolbasa istehsalında hər bir şirkət nüfuzunu nəzərə alır:
 
“Kolbasa və sosiska istehsalında digər komponentlər də istifadə olunur. Məsələn, mal-qaranın içalatı, donuz piyi, donuz əti, hətta quş əti məhsula qatılır. Əsasən, Hindistandan gətirilən ət məhsulundan kolbasa hazırlanır. Bu da iaşə obyektlərində, restoranlarda istifadə olunur”.
 
V.Məhərrəmov bildirib ki, kolbasada sümüksüz ətdən demək olar istifadə olunmur:
 
“Hazırda bazarda sümüksüz ətin kilosu 7-8 manatdır. Qoyun əti isə 12 manatdır. Əgər sümüksüz ətdən istifadə olunsa, kolbasanın kilosu 12-13 manata başa gələr. Bu da nə sahibkara, nə alıcıya sərf edir.
 
Çünki əsasən kasıb təbəqə 3-4 manata kolbasa alır”.
 
Ekspert deyib ki, sahibkarlar 8 manatlıq əti kolbasa istehsalında emal edirlər:
 
“Avadanlıqların vəsaiti, işçilərin əmək haqları, hazır məhsulun satış obyektlərinə, marketlərə daşınması xərci var. Bəzən məhsul müştərisini tapmır və geri qaytarılır. Bu da sahibkar üçün arzuolunmaz haldır.
 
Ona görə riskə getmirlər. Çalışırlar ki, xammalı ucuz əldə etsinlər və cürbəcür qatqılarla əmtəə görünüşünü cəlbedici etsinlər. Həmin qatqılar da istifadə zamanı insanlara xoş gəlir. Amma ümumiyyətlə, kolbasa, sosiska heç də faydalı qida deyil”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org