"Yeni olke…yeni ev…." – Pervinin İstanbuldaki evi (FOTO)

30 Noyabr 2018 09:14 – xeber –
Tanınmış aktrisa Pərvin Abıyeva Türkiyədə yaşamağa alışmağa çalışır. Ancaq hər yeni köçənlər kimi o da evinin çatışmayanlarından narazıdır.
Olkem.az yenicag.az-a istinadən xəbər verir ki, İstanbulun məşhur Etilər səmtində yaşamağa başlayan Pərvin bu barədə özünün "İnstagram" hesabında yazıb: "Yeni ölkə, yeni ev, yeni əşyalar… Şəkil paylaşa bilmirəm, çünki hər gün ev alış-verişi edirəm və şəkil çəkdirməyə vaxtım olmur. Az bir müddətdən sonra yenidən aktiv olacam".

milli.az

Aparici Metanet: "Kusulu olsaq da, qullugunda dururdum"

30 Noyabr 2018 03:30 – xeber –
Aparıcı Mətanət Əliverdiyeva ARB telekanalında qayınanasından danışıb.
Olkem.az "ölkə.az"-a istinadən bildirir ki, xanım aparıcı "Səhər-səhər"verilişində maraqlı etiraflar edib.
O deyib ki, bir evdə yaşasalar da, onunla küsülü olublar:
window._ttzi = 34;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

(adsgarden = window.adsgarden || []).push({});

"Erkən yaşda ailə qurmuşdum. Hər birimizin səhvi olur. Öyrənə-öyrənə böyüdüm. Qayınatam gözəl insan idi, məni sevirdi. Qayınanamla yola getmirdik. Bir dəfə ayağı sınmışdı, çarpayıda bir ay yatdı. Küsülü olsaq da, qulluğunda dururdum. Ümumiyyətlə, qayınanalar oğullarını gəlinə qısqanırlar".

milli.az

Zulfiyye xercenge qalib geldi

29 Noyabr 2018 23:57 – xeber –
"9 aylıq müharibənin sonu və mən qalibəm".
Olkem.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xərçəng xəstəliyi ilə mübarizə aparan tanınmış vəkil və aparıcı Zülfiyyə Bayramova deyib.
O, amansız xəstəliyə qalib gəldiyini vurğulayıb:
window._ttzi = 34;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

(adsgarden = window.adsgarden || []).push({});

"Allaha min şükür! Sən çox böyüksən ya Rəbbim! 9 aylıq müharibənin sonu və mən qalibəm! Dua yazan əllərinizdən öpürüm, qarşınızda baş əyirəm. Hələ ki, sevincimdən söz tapa bilmirəm. Sizi sevirəm".
Qeyd edək ki, Zülfiyyə aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşıdır. O, uzun müddətdir mədə xərçəngindən əziyyət çəkirdi.

milli.az

"Erim meni ogluma gore vurub" – Zulfiyye

29 Noyabr 2018 18:52 – xeber –
Aşıq Zülfiyyə həyat yoldaşı ilə bağlı etiraf edib. 
Olkem.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı "Səhər-səhər" proqramında ərinin onunla qısqanclığa görə dava etdiyindən danışıb:
window._ttzi = 34;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

(adsgarden = window.adsgarden || []).push({});

"Qısqanclıq edib, dava saldığı an da olub. Yeni ailə quranda mənə əl də qaldırıb. Bir dəfə oğlum Babəkin üstündə sillə vurub mənə. Uşağa tərəf çıxdım, o da xoşlamırdı onu".

milli.az

Magaza azerbaycanli mugenniden sikayet etdi: Geyim alib, pul vermeyib…

29 Noyabr 2018 18:40 – xeber –
Müğənni İlahə İbadova ilə bağlı sosial şəbəkədə şikayət yayılıb. 
Mİlli.Az axşam.az-a istinadən xəbər verir ki, bir geyim mağazasının səhifəsi sənətçinin onlardan mal alıb, pulunu ödəmədiyini qeyd edib. 
window._ttzi = 34;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

(adsgarden = window.adsgarden || []).push({});

Səhifədə "250 manatlıq malı alıb aradan çıxan və sonunda haqqımı tələb etmək istədiyim üçün məni polislə şantaj edən, xalqın bu səviyyəyə çatdırdığı insanlar" kimi sözlər yazılıb. 

milli.az

"Qarabag"-Sportinq" oyununa TANINMIŞLARDAN maraqli PROQNOZLAR – 1:1, 2:2, 1:0…

29 Noyabr 2018 17:28 – xeber –
Bu gün Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində bir neçə maraqlı oyun baş tutacaq.
Azərbaycanın futbol azarkeşləri üçün isə şübhəsiz ki, ən maraqlı oyun Bakıda baş tutacaq.
Təmsilçimiz səfərdə 0:2 hesabı ilə məğlub olduğu Portuqaliya "Sportinq"indən Bakıda xal qoparmağa çalışacaq. Pireneylilərin Bakı səfərində bir neçə əsas heyət oyunçusundan məhrum olması da ümidləri artıran məqamlardandır. Ancaq təbii ki, bütün bunlar start fitinə qədər olan fərziyyələtdir. Maraqlıdır, ayrı-ayrı peşələrin tanınmış simaları bu barədə nə düşünür? 
Olkem.az ölkə.az-ın  "Qarabağ"-Sportinq" oyunu ilə bağlı keçirdiyi sorğunu təqdim edir.
Müğənni, əməkdar artist Baloğlan Əşrəfov hesab edir ki, "Sportinq"in Bakıya ikinci heyətlə gəlməsi daha təhlükəlidir:
"Son zamanlar futbolla bağlı əsəblərim korlanıb. Ona görə də proqnoz verməkdən qorxuram. Deyirəm, birdən mənim proqnozum düz çıxmaz. Oyunlar elə qəribə formada gedir ki, adam inana bilmir. Konkret hesab demirəm, amma istərdim ki, "Qarabağ" udsun. "Sportinq"in Bakıya ikinci heyətlə gəlməsi arxayınlıq yaratmamalıdır. Həmişə ikinci heyətin oyunundan ehtiyat etmişəm. İkinci heyət çalışır özünü məşqçiyə sübut edib birinci heyətə düşsün. 

milli.az

Meshur saire “Lotu Quli” haqqinda: “Qeyretli bacilarin qardasidir”

29 Noyabr 2018 16:44 – xeber –
Kriminal avtoritet "'Lotu Quli"nin bacısı qızının Gürcüstanda keçirilən möhtəşəm toy məclisində şairə Nazilə Səfərli də iştirak edib.
Olkem.az xəbər verir ki, bu barədə yenicag-a açıqlama verən Nazilə Səfərli həmin səs-küylü toydan danışıb:
"Nadir Səlifovla elliyik, kəndçiyik. Onun doğmalarınnı toy məclislərinin çoxunda olmuşam. İndi yox e, 15 il əvvəl.
Bu toy həm sadə idi, həm də möhtəşəm. Mən "Quli"nin anasına "Həccə gedən gözəl anam" adlı şeir yazdım və musiqi bəstələdim.
window._ttzi = 34;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

(adsgarden = window.adsgarden || []).push({});

Həmin mahnı oxunanda Hacı xanım bizə şabaş verdi. "Quli" özü digər mağarda oturmuşdu, çünki toya gələnlərin ona görə narahat olmalarını istəmirdi.
İki məclis vardı, birində ilahilər səslənirdi. Qadınlarla eyni məclisdə olmaq istəməyən kişilər həmin məclisdə oturdular. "Quli" nəinki mənim, bütün qeyrətli bacıların qardaşıdır".

milli.az

”Lotu Quli”nin ailesinde 3 gun 3 gece toy: meshurlar pulsuz oxudular

29 Noyabr 2018 14:58 – xeber –
Azərbaycanlı ''qanuni oğru'' ''Lotu Quli''nin ailəsində toy mərasimi baş tutub.
Olkem.az xəbər verir ki, unikal.org həmin toyla bağlı maraqlı təfərrüatlar əldə edib. Belə ki, Nadir Səlifovun bacısı qızının Gürcüstanda möhtəşəm toy məclisi keçirilib. ''Lotu Quli''nin bacısı qızı Rusiyada tanınmış azərbaycanlı iş adamı Zakir müəllimin oğlu Samir bəylə ailə həyatı qurub.
Bu toydan öncə Bakıda dəbdəbəli nişan və toy mərasimi olub. Tbilisinin ən məşhur şadlıq saraylarının birində keçirilən toyda tanınmış müğənnilər Ədalət Şükürov, Samir Piriyev, Nazənin, Rüfət Axundov, Bahar Lətifqızı, Şəbnəm Tovuzlu, İbrahim Borçalı, Türkan Vəlizadə, meyxanaçılar Namiq Qaraçuxulu, Vasif Əzimov, Pərviz Bülbülə və tanınmış şairə Nazilə Səfərli iştirak edib.
window._ttzi = 34;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Adıçəkilən sənət adamları ''Lotu Quli'' kimi tanınan azərbaycanlı ''qanuni oğru'' Nadir Səlifova hörmət əlaməti olaraq bu toyda təmənnasız iştirak ediblər. Gürcüstanda keçirilən toyda ''qanuni oğru'' ''Lotu Quli''nin də iştirak etdiyi bildirilir. Şadlıq sarayının toy keçirilən zalında onun üçün xüsusi stol hazırlandığı bildirilir. Toyda şairə Nazilə Səfərlinin onun anasına yazdığı "Həccə gedən gözəl anam" şeiri və mahnısı səsləndirilib. Müğənni Şəbnəm Tovuzlu həmin mahnını səsləndirərkən Hacı xanım sənət adamlarına nəmər verib. Bundan sonra digər ziyafət iştirakçıları sənət adamlarını pul yağışına tutublar.

milli.az

Teymur emi canli yayimda “jim” etdi (FOTO)

29 Noyabr 2018 14:33 – xeber –
Xalq artisti Teymur Mustafayev (Teymur əmi) "Hər şey" daxil proqramında maraqlı addım atıb.
Olkem.az qafqazinfo-ya istinadən xəbər verir ki, 79 yaşlı xanəndə canlı efirdə "jim" etmək istədiyini bildirib. 
window._ttzi = 34;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
T. Mustafayev 50-dən çox dartınaraq aparıcı Tarix Əliyev başda olmaqla hər kəsi təəcübləndirib. O, daha sonra qonaqların köməyi ilə ayağa qalxıb.

milli.az

Meyxanacilar arasinda inciklik: Kerim Agamirzenin meclisini yarimciq terk etdi

29 Noyabr 2018 14:15 – xeber –
İnsult keçirən meyxanaçı Kərim yaxın dostu Ağamirzənin "5/5" verilişində qeyd olunan doğum gününə qatılıb.
Olkem.az yenicag-a istinadən xəbər verir ki, verilişə oğlu ilə qatılan Kərimi ayaq üstə alqışlayıblar.
Lakin səbəbkar onu təbrik etməyə gələn meyxanaçının kefinə soğan doğrayıb. Ağamirzə meyxana demək istəyən Kərimə icazə verməyib. Bundan inciyən Kərim reklam fasiləsində studiyanı tərk edib. Bunu verilişin aparıcısı Zaur Kamal etiraf edib.
Meyxanaçılar arasında baş vermiş bu incikliyin səbəbi haqda yenicag.az-a açıqlama verən Ağamirzə isə hadisəyə belə aydınlıq gətirib:
window._ttzi = 34;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
"Kərim istədi xoş günümdə meyxana desin, mən razılıq vermədim. Başa saldım ki, həkimlər sənin meyxana deməyinə, hələ ki, icazə vermirlər. Həyəcanlanmaq olmaz, birdən, meyxana deyəndə həyəcanlanarsan, vəziyyətin pisləşər.
O da xəstəliklə əlaqədar həssasdır, tez inciyir. Bu sözlərim xətrinə dəydi, oğlunu da götürüb getdi. Axşam verilişdən sonra zəng etdim, könlünü aldım, başa saldım vəziyyəti. Məni anladı".

milli.az

Aparici Vusale uzlesdiyi xeyanetden danisdi

29 Noyabr 2018 13:15 – xeber –
Aparıcı Vüsalə Əlizadə həyatda qarşılaşdığı xəyanət və haqsızlıqları yada salıb.
Olkem.az publika-ya istinadən xəbər verir ki, aparıcı əməkdar artist Miri Yusifin ədalətsizlikdən və xəyantdən bəhs edən "Dostum" mahnsını paylaşaraq keçmiş günlərin geridə qaldığını qeyd edib:
window._ttzi = 34;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
"Çox sevdiyim mahnını sizinlə də paylaşmaq istədim. Mənimçün ən təsirli hissə "Arxaya bax bir ömür ötdü" misralarıdır. Əlimizdə olmadan hər birimiz bunu yaşayırıq, həyatın qanunu budur, həyat gözəldir, yaşamaq, yaratmaq, sevmək, sevilmək gözəldir".

milli.az

Konul Kerimovanin 11 min manatini qaytardi

29 Noyabr 2018 12:28 – xeber –
Dələduzluqda təqsirləndirilən Məlahət Məmmədova Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimovaya dəymiş zərərin 11 min manatını ödəyib.
Olkem.az report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı Vüqar Quliyev bildirib ki, müğənniyə dəymiş 32 min manatdan yalnız 11 min manat ödənilib.
Prokuror çıxışında K.Kərimovanın məhkəmədə qaldırdığı mülki iddiasının təmin edilməsini istəyib.
Məhkəmənin növbəti iclası dekabrın 12-də davam etdiriləcək.
window._ttzi = 34;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Xatırladaq ki, prokuror çıxışında M.Məmmədovanın 6 il 9 ay 29 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədi verib.
O, bu işə görə, K.Kərimovadan, ümumilikdə, 32 min manat pul alıb. Lakin sonradan verdiyi vədə əməl etməyib.

milli.az

Emma Elekberzade cox deyisdi (FOTO)

29 Noyabr 2018 12:16 – xeber –
Müğənni Elmira (Emma) Ələkbərzadə xarici görünüşündə dəyişiklik edib. 
Olkem.az qafqazinfo-ya istinadən xəbər verir ki, hər zaman qısa saçla ekranlarda görünən sənətçi bu dəfə ənənəsini pozmaq qərarına gəlib. 
window._ttzi = 34;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
O, qısa saçları uzunla əvəzləyərək fərqli bir görünüşə sahib olub. Emma yeni şəkillərini İnstaqram-da paylaşaraq yeni klipinə hazırlaşdığını vurğulayıb. O, imici üzərində tanınmış stilist Elnur Həsənovun çalışdığını qeyd edib. 

milli.az

Dunyanin sirri bu qutunun icindedir – Elnareden ŞOK AÇIQLAMA

29 Noyabr 2018 11:56 – xeber –
İllər öncə səs tellərini əməliyyat etdirərkən qorxunc nəticə ilə üzləşən Elnarə Abdullayeva "ŞOU ATV" proqramında onun ikinci dəfə möcüzəvi şəkildə səsinin özünə qayıtmasında xidməti olan şəxsdən danışıb.
Olkem.az xəbər verir ki, xanım sənətkar bacısının yoldaşı Elşənin yanına apardıqdan sonra, sağlamlığına qovuşmaqda xidməti olan Məmmədsəfa adlı yaşlı kişinin ona həmin vaxt verdiyi bağlamanı efirə gətirib.

milli.az

Aygun modelyerinin telebini yerine yetirdi (FOTO)

29 Noyabr 2018 11:13 – xeber –
Xalq artisti Aygün Kazımova dekabrın 1-də və 2-də keçiriləcək konsertləri üçün uzun müddətdir ciddi hazırlaşır. 

Olkem.az axşam.az-a istinadən xəbər verir ki, hər gün məşq edib, idmanla məşğul olan müğənni gecə üçün maraqlı şoular hazırlayıb. 

David Vandetta ilə səhnəyə çıxacaq Kazımova arıqlamaq üçün əlindən gələni edir. Aygünün yeni fotoları izləyicilərini təəccübləndirib. Müğənni yenə də xeyli çəki atıb. 

O, modelyeri Rüfət İsmayılın ona qoyduğu şərtə əməl etmək üçün 36 bədən ölçüsünə çatmağa çalışıb və buna nail olub. Belə ki, modelyer konsert üçün Kazımovaya libaslar hazırlayıb. Rüfət ifaçıya şərt qoyub ki, paltarları geyinmək üçün arıqlamalıdır.

milli.az

"Men bir nece uzu olan kisilerden deyilem" (FOTO)

29 Noyabr 2018 10:59 – xeber –
Müğənni Eldar Qasımov bu dəfə taxdığı saqqalla gündəmə gəlib.
Olkem.az axşam.az-a istinadən bildirir ki, sənətçi çəkiliş üçün bu görünüşü etdirdiyini bildirib. Eldar İnstaqram-a yerləşdirdiyi şəklinə "Mən bir neçə üzü olan kişilərdən deyiləm. Saqqalı, sadəcə, bir dəfə üçün taxdım" sözlərini yazıb.
window._ttzi = 34;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Qeyd edək ki, Qasımov bundan əvvəl saçına qoyduğu pariklə gündəmə gəlmişdi.

milli.az

"Heyat yoldasimin qarsisinda bas eyirem" – Azer Axsam

29 Noyabr 2018 09:27 – xeber –
Aparıcı və şoumen Azər Axşam "CVN TV"nin qonağı olub.
Olkem.az axşam.az-a istinadən bildirir ki, aparıcı şəxsi həyatından söz açıb. O, ikinci həyat yoldaşdan razı olduğunu bildirib:
"İkinci həyat yoldaşım dayım qızıdır. İlk münasibətlərimizdə artıq bilirdi ki, həyatımda nələr olub. Bu baxımdan qarşısında həmişə baş əyirəm. Hətta oğlumun yanına Fransaya gedəndə, o bilirdi ki, oğlumun yanında onun anası var. Mən kişi olaraq həyat yoldaşım başqasından ayrılıb mənlə ailə qurubsa, birinci həyat yoldaşı olduğu yerə buraxmazdım. Amma o, heç nə demədi. Buraxdı məni. Qadınlar heç vaxt kişilərdən arxayın olmur. Amma o, özünə nə qədər arxayındır ki, məni buraxdı".
window._ttzi = 34;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Qeyd edək ki, A.Axşamın ilk evliliyindən Cavidan adlı bir oğlu var. Cavidan anası ilə birlikdə Fransada yaşayır. Azər hazırda ikinci dəfə ailə qurub. Bu nikahdan onun Ərcan adlı bir övladı da var.

milli.az

Meshur azerbaycanlinin ozu ucun qazdirdigi mezari su basdi (FOTO)

29 Noyabr 2018 09:14 – xeber –
Meyxana ustadı Ağamirzənin qonağı olduğu "5/5"də verdiyi açıqlama hər kəsi məəttəl qoyub.
Olkem.az xəbər verir ki, aparıcı Zaur Kamal meyxana ustadına "Eşitmişəm özün üçün qazdırdığın qəbri dəyişdirmisən? Su basıb deyirlər" sualı ilə müraciət edib. Ağamirzə aparıcının sözlərini təsdiq edib.

window._ttzi = 34;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Meyxanaçının dedikləri hər kəsi təəccübləndirib:
"Var belə bir söhbət. Artıq dəyişmişəm məzar yerimi. Anam, atamdan 4-5 metr oyana idi. Bir gün qəbir qazanla söhbət edirdim, dedi "Bura bir dənə də qəbir gedər", atamın yanına. Dedim onda burada qaz mənim məzarımı. O biri məzar da elə qalıb".

milli.az

Çeki atan Sevda gorunusu ile diqqet cekdi (FOTO)

28 Noyabr 2018 20:56 – xeber –
Müğənni Sevda Sanəliyeva yeni görünüşü ilə təəccübləndirib.
Olkem.az axşam.az-a istinadən bildirir ki, sənətçi xeyli çəki atıb. Sevda yeni fotolarını sosial şəbəkədə paylaşıb.
window._ttzi = 34;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
İzləyiciləri ona necə arıqlaması ilə bağlı suallar ünvanlayıblar.

milli.az

Aygunun qizindan yeni FOTOlar

28 Noyabr 2018 20:38 – xeber –
Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımova fotokamera qarşısına keçib.
Olkem.az axşam.az-a istinadən bildirir ki, sənətçi yeni fotolarını İnstaqram izləyiciləri ilə bölüşüb. Onun 150 minlik profilində yayımladığı fotolarına 6 mindən çox bəyəni gəlib.
Son günlər xeyli çəki atan İlqarə izləyicilərindən təriflər alıb.
window._ttzi = 34;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Qeyd edək ki, bir müddət əvvəl ifaçı ciddi pəhriz saxladığını açıqlamışdı.

milli.az

"Ölene qeder subay qalacam"

28 Noyabr 2018 18:31 – xeber –
Müğənni Rəvan Qarayev "5/5" verilişinin qonağı olub.
Olkem.az aşam.az-a istinadən xəbər verir ki, aparıcı Zaur Kamal veriliş zamanı R.Qarayevə elçi düşüldüyünü bildirib:
"Rayonun adını demirəm. Bir xanım verilişimizə müraciət edərək deyib ki, bir qızım var, onu Rəvana verim".
window._ttzi = 34;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
İfaçi isə yenidən evlənmək barədə düşünmədiyini deyib:
"İki dəfə ailə qurub, boşanmışam, üçüncü dəfə toy etməyəcəyəm. Allah nə qədər ömür veribsə, axıra qədər subay qalacağam".

milli.az

Xumar Qedimova toyda yere yixildi

28 Noyabr 2018 18:04 – xeber –
Əməkdar artist Xumar Qədimovanın toyda başına iş gəlib. 
Olkem.az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni səhnədə mahnı oxuyarkən huşunu itirib və yerə yıxılıb. 
"Show News" proqramı əməkdar artistlərdən birinin səhnədə yıxılması barədə anons videosu paylaşıb. Görüntülərdə xanım ifaçının anidən yerə yıxılması və ona kömək edən şəxs əks olunub. Əldə etdiyimiz məlumata görə, həmin sənətçi Xumar Qədimovadır.  
window._ttzi = 34;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
O, bir neçə gün bundan əvvəl Bakıda təşkil olunan ev şənliklərindən birində çıxış edib. Hətta əməkdar artist həmin məclisdən çəkilən görüntülərini İnstaqram səhifəsində də paylaşıb. 

milli.az

Konul Kerimovaya 32 min manat "atan" sexse ceza istenildi

28 Noyabr 2018 17:27 – xeber –
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Olkem.az Trend-ə istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə cəza istəyib.
Dövlət ittihamçısı M.Məmmədovanın 6 il 9 ay 29 gün azadlıqdan məhrum edilməsini istəyib.
Proses dekabrın 12-də davam edəcək.
İttihama görə, M.Məmmədova bir neçə şəxsin etibarından sui-istifadə edərək, ümumilikdə, 300 min manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.
window._ttzi = 34;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Zərərçəkmişlərin arasında Əməkdar artist, müğənni Könül Kərimova da var.
M.Məmmədova Könül Kərimovanın oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib oradan Azərbaycan Dövlət İqtisad Universitetinə köçürüləcəyini vəd edərək K.Kərimovadan 32 min manat alıb.
Lakin sonradan verdiyi vədə əməl etməyib.
Şikayət əsasında həbs edilən Məlahət Məmmədova Cinayət Məcələsinin 178.3.2-ci ( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilib.

milli.az

“Menim yaralarimi qopartmayin” – Efirde agladi

28 Noyabr 2018 16:55 – xeber –
Əməkdar artisti Mətanət İsgəndərli canlı efirdə kövrək anlar yaşayıb.
Olkem.az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni "Şou ATV" proqramına qatılarkən həyatda üzləşdiyi çətinliklərdən danışıb. 
O, övladlarını tək böyütdüyünü ağlayaraq dilə gətirib: "Onların həm anası, həm də atası olmuşam. Övladlarımdan doymamışam, körpə vaxtlarından onları valideynlərimin yanında qoymuşam, çörək qazanmağa getmişəm.
window._ttzi = 34;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Hərdən birini müzakirə edəndə qızıma deyirəm ki, işin olmasın, atasız uşaqdır. Ülkər deyir ki, sənin hamıya yazığın gəlir, ana, biz də yetim böyümüşük. Onun sözlərinə çox pis oldum. Heç vaxt belə sözlər işlətməmişdi (ağlayır). Nəysə… Mənim yaralarımı qopartmayın". 

milli.az

"Sevda Yahyayeva mene od qoydu"

28 Noyabr 2018 16:32 – xeber –
Müğənni-bəstəkar Murad Arif "Sənə ehtiyacım var" adlı mahnısı ilə bağlı maraqlı açıqlama verib. 

Olkem.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi 106.3 FM-də qonaq olarkən deyib ki, bəstəni müğənni Sevda Yahyayevaya göndərib, amma bəyənməyib:

"Mahnı iki il maşınımda yatdı. Heç bir müğənni bunu oxumaq üçün pul vermədi. Yazdım, Röyanın Türkiyədəki prodüserinə göndərdim. Dedi ki, qulaq asdı, özünü bunda görmədi. Röya mahnını bəyənmədi. Xatirə İslama göndərdim, dedi mənə çılğın mahnı yaz. 

Sevda Yahyayevaya göndərdim, mənə od qoydu. Kitabxanalarla kitab oxuyan mənim mahnımın sözlərinə Sevda primitiv dedi. Deyir, çox bədbin mahnıdır, şuh mahnı yaz. Göndərdim Günay İbrahimliyə dedi, əlimdə nə qədər lirik mahnı var, istəmirəm. 

Oturub bir gün özüm qulaq asırdım, Xəyyam Nisanov gəldi. Dedi, ver qulaq asım, asdı və bəyəndi. Mən də Xəyyama vermək istəmirəm, çünki xanım üçün yazılıb. Xəyyam götürdü, dedim, onda ya Röya, ya da Brilliant dadaşova ilə duet oxuyacaqsan. Xəyyamda Rusiyada toyda Röyaya qulaq asdırıb. Röya mənə yazıb ki, niyə bunu mənə vermədin, indi duet oxuyacam? Mahnını Xəyyam və Röya duet oxudu və tutdu".

milli.az

Brilliantin acigina Laleni secdi

28 Noyabr 2018 16:18 – xeber –
Bəstəkar-müğənni Murad Arif 106.3 FM-də dicey Kazım Süphanın qonağı olub. 
Olkem.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Bu şəhər ikimizə dar" mahnısından söz açıb. O bildirib ki, mahnı, əslində, xalq artisti Brilliant Dadaşova üçün yazılıb:

"Mahnı 2009-cu ildə yazıldı, Brilliant xanım bəyəndi. Üç il keçdi, gözləyirəm nə vaxt oxuyacaq. Baxıram Afaq Gəncəliyə müsahibə verir ki, Ramaldan, Rüstəmdən mahnı almışam. Mahnımın adını çəkmir, mesaj yazıram deyir, səbr et. Qəfildən dedim, bəlkə mahnımızı bəyənməyib, bunu satıb. "Bu şəhər ikimizə dar"ı göndərdim Lalə Məmmədovaya. Gəlib götürdü, aranjiman etdirdi, heyranlıqla pulunu ödədi, oxudu".

Qeyd edək ki, Brilliant Dadaşova ilə Lalə Məmmədova illərdir küsülüdür.

milli.az

Meshur azerbaycanli cutluyun toy tarixi aciqlandi

28 Noyabr 2018 15:55 – xeber –
Aktyorlar Murad İsmayıl və Ülviyyə Xəlilbəyli toya hazırlaşır. 

Olkem.az axşam.az-a istinadən xəbər verir ki, cütlüyün toyu dekabrın 3-də olacaq. Şəhər restoranlarından birində keçiriləcək gecəyə şou-biznes nümayəndələri, Murad və Ülviyyənin sənət dostları dəvət olunublar. 

Qeyd edək ki, bir neçə gün əvvəl Ülviyyənin xına mərasimi olub. Murad və Ülviyyə "Vicdan haqqı" serialının çəkilişi zamanı tanış olublar. Onların nişanı iyulda olub. Avqustda isə aktyorların nikah mərasimi baş tutmuşdu.

milli.az

"Aparici olanda hami zeng edirdi, indi ise…" – Ekizler

28 Noyabr 2018 15:33 – xeber –
Əkiz bacılar Sevil və Sevinc Səfərovalar aparıcılıqdan uzaqlaşdıqdan sonra bir çox həmkarının onlardan uzaqlaşdığını etiraf ediblər. 
Olkem.az axşam.az-a istinadən xəbər verir ki, müğənnilər bu haqda "Hər şey daxil" verilişində qonaq olarkənd eyiblər. Onlar bildiriblər ki, artıq bir çox ifaçı onları itirib-axtarmır:

"Verilişdən ayrılandan sonra toy çox idi. Toylara gedəndə başa düşdüm ki, veriliş, aparıcılıq kürsüsü səni onların gözündə uca edib. Aparıcı deyilsənsə, artıq maraqsızsan. Qərar verdim ki, bir də şou-biznes nümayəndələrinin dəvətinə qatılmayacam.
 
Hər dəfə zəng vurub hal-əhval soruşanlar, bayramlarda təbrik edənlər, artıq yoxdur".

milli.az

Neslihan Atagul Bakiya gelir

28 Noyabr 2018 13:53 – xeber –
Türkiyənin məşhur aktrisası Neslihan Atagül Bakıya gələcək.
Olkem.az qafqazinfo-ya istinadən xəbər verir ki, aktrisanın səfəri dekabrın 1-də olacaq. Neslihanın gəlişinin məqsədi "Altın kelebek" ödülləri ilə bağlıdır. Atagül gələn ayın ilk günündə yerli KİV nümayəndələri ilə görüş keçirəcək, onların suallarını cavablandıracaq. 
Reklam, serial və kino ulduzu elə həmin gün Türkiyəyə geri qayıdacaq. O, "Kelebek" üçün azərbaycanlı məşhurların seçim konsertində iştirak etməyəcək. Buna səbəb aktrisanın iş qrafikinin sıx olmasıdır. 
window._ttzi = 34;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Bu məqamda bildirək ki, dekabrın 2-də mükafat gecəsi üçün azərbaycanlı xanım namizədlərin konserti keçiriləcək. Gecədə xalq artisti Aygün Kazımova, Günay İbrahimli, Dilarə Kazımova, Səmra Rəhimli, Aysel Əlizadə, Roza Zərgərli və Xatirə İslam çıxış edəcəklər. 
Namizədlərdən 3 finalist seçilərək Türkiyədə keçirilən mötəbər tədbirdə iştirak hüququ qazanacaq. 

milli.az

Metanet qadaga qoydu: "Çekmeyin"

28 Noyabr 2018 13:44 – xeber –
Müğənni Mətanət Əsədova qatıldığı tədbirlərdən birində yenə geyimi ilə diqqət çəkib. 

Olkem.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi məclisə trasparan paltarda gəlib. Bir müddət əvvəl adı qalmaqalda hallanan Mətanət mediadan küsdüyünü deyib. 

İfaçı onun fotosunu çəkmək istəyən fotoqraflara icazə verməyib və "Artıq icazə vermirəm, çəkmək olmaz" sözlərini söyləyib. Mətanət bir müddət verilişlərə də qatılmayacağını, küsdüyünü açıqlayıb. 

Qeyd edək ki, Əsədova bir müddət əvvəl kişilərlə içki məclisində içki içərkən çəkilən videosu ilə gündəmə gəlmişdi.

milli.az

Sila Bakida yarim milyondan cox pul qazanacaq

28 Noyabr 2018 11:59 – xeber –
Türkiyədə konsertlərdən ən çox gəlir əldə edən məşhurların adları açıqlanıb. 
Olkem.az qafqazinfo-ya istinadən xəbər verir ki, siyahıda birinci Sıla Gencoğludur. 
Onun yay aylarında səs texnikası daxil olmaqla bir konsert üçün 250 min TL pul aldığı qeyd olunub. Sıla Sibel Can və Ebru Gündeşi (150 min TL) keçərək liderliyi ələ alıb. 
window._ttzi = 34;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Bundan əlavə, sənətçi xaricdə səhnəyə çıxmaq üçün isə ikiqat qonorar tələb edir. Bu məqamda bildirək ki, pop ulduz dekabrın 29-da Bakı Konqres Mərkəzində konsert verəcək. 
Əldə etdiyimiz məlumata görə, Sıla Bakıdakı konsertinə görə təxminən 130 min dollara yaxın (yarım milyondan çox türk lirəsi) məvacib tələb edib.  

milli.az

"Gece yariya qeder Elsadla telefonla danisdim" – Konulden ŞOK ETİRAF

28 Noyabr 2018 08:48 – xeber –
Əməkdar artist Könül Kərimova səhnədən getmək istəyir.
Olkem.az xəbər verir ki, xanım sənətçi "ŞOU ATV"-nin canlı yayımında efirləri, konsert zallarını, məclisləri bürüyən bayağı ifaçılardan təngə gəldiyini bildirib.
K.Kərimova bundan çıxış yolunu səhnədən getməkdə gördüyünü bildirib.
Xanım sənətçi bayağı musiqilərin ifrat dərəcədə efirlərə, toylara ayaq açmasından gileylənib. Qəhər içində "həvəs qalmayıb" deyən əməkdar artist, verilişə gəlmək üçün hətta musiqiçiləri günlərlə dilə tutmaq məcburiyyətində qaldığını etiraf edib.
window._ttzi = 34;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Könülün sözügedən açıqlaması videoda:

milli.az

Azerbaycanli aktyor aile heyati qurdu – Toydan FOTOlar

27 Noyabr 2018 20:00 – xeber –
"Ata ocağı" serialının aktyoru Rəşad Bəxtiyar ailə həyatı qurub.
Olkem.az xəbər verir ki, paytaxtın məşhur restoranlarından birində ötən gün özünə toy edən aktyorun xoş gününə sənət yoldaşları da qatılıb.
Qeyd edək ki, Rəşad Akademik Milli Dram Teatrının aktyorudur.
window._ttzi = 34;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Bu da toydan fotolar:

milli.az

Elzadan Rasim Balayeve cavab: "Men kitabimi Rasim muellime tovsiyye ederem.."

27 Noyabr 2018 16:54 – xeber –
CVN internet televiziyasında qonaq olan xalq artisti Rasim Balayev əməkdar artist Elza Seydcahanın şeir yazmasını tənqid edib.
Olkem.az xəbər verir ki, müğənni Elza Seyidcahan Rasim Balayevə cavab olaraq, unikal.org-a bildirib ki, Rasim Balayevin onun haqqında fikir söyləməsini xoşbəxtlik hesab edir:
"Mən xoşbəxtəm ki, mənim haqqımda Rasim Balayev fikir söyləyir. 1996-1998-ci illərdə Rasim Balayevə milyonda versən mənim "Qəlbin üsyanı" layihəmdə Ramiz Rövşənin və Vaqif Səmədoğlunun sözlərinə olan şeirini söyləməzdi. Mənim sənətimə, istedadıma hörmət olmasaydı gəlib o şeiri orada söyləməzdi. Rasim Balayev elə şəxsiyyətdir ki, onun hislərini pulla almaq olmaz. Rasim müəllim ola bilər mənim olduğu deyilən anonim şeirləri nəzərdə tutur. Ya da ola bilər hansısa verilişdə parça-parça şeir deməyimi eşidib. Ona aydın olmur o fikir. "Mən dəlinin rəssamı" adlı kitabımı Rasim müəllimə tövsiyyə edərəm ya da ona hədiyyə etmək mənim borcumdur. Onun tənqidi də mənim üçün tərifdir. Çünki onlar bizim böyüklərimizdir, biz onları qorumalıyıq".
window._ttzi = 34;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Əməkdar artist əlavə edib ki, televiziya rəhbərləri onun şeir söyləməsini bəyənir:
"Televiziya rəhbərləri mənim şeirlərimi bəyənməsəydilər məni ARB kanalında şairlər müsabiqəsində münsif əyləşdirməzdilər. Düzdür, bəzi insanlar bunu qəribçiliyə yozdular. Bu gün xalqımız və yazarlar mənə deyirlər ki, o verilişdə olan münsif heyətində ən doğru, dürüst məsləhəti siz və Qulu Ağsəs verirdi. Yəni, demək istəyirəm ki, mən ora xahiş-minnət edib çıxmamışdım. Məni həmin verilişə yalvara-yalvara gətirmişdilər. Orada da şeir yazanların çoxu mənim tərzimdə yazırdılar. Mən Nəsimi, Füzuli, Seyid Əzim Şirvani yox  Elza Seyidcahanam".

milli.az

“Yerli mugennilerden hec kime qulaq asmiram” – Rasim Balayev

27 Noyabr 2018 16:34 – xeber –
"Sağlamlığımın xətrinə yerli müğənnilərdən heç kimə qulaq asmıram. Həkim qadağan edib. Futbola, ağıllı proqramlara baxıram. Daha sonra Rusiyanın köhnə filmlərini izləyirəm, nəsə götürürəm". 
Milli.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri xalq artisti Rasim Balayev CVN kanalına qonaq olarkən deyib. O, verilişdə əməkdar artist Elza Seyidcahanı da tənqid edib:
"Elza Seyidcahan şeir oxuyur. Ona deyən yoxdu ki, işinlə məşğul ol, sən şair deyilsən. Bu şeirlər efirlik deyil. Onda mən çıxıb ağzıma gələni danışım? İbrətamiz nəsə varsa, buyursun. Zövqlər korlanıb".
window._ttzi = 34;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Məşhur aktyor bilirib ki, müasir komediya filmlərini bəyənmir: "Bütün sahələrdə, o cümlədən "Bozbash Pictures" tamaşaçıların zövqünü korlayır. Bu gün tamaşaçı ciddi şeylərə baxmaq istəmir. Söyüş, küçə sözləri ilə komediya yaradırlar. Komediya insanı düşündürməlidir. Kim komediyaları baxıb düşünür, örnək götürür? Boş gülüşlərdir"

milli.az

Tixaca dusdu, toya catmaq ucun metroya mindi

27 Noyabr 2018 16:10 – xeber –
Müğənni Elvin Abdullayev toya metro ilə gedib. 
Olkem.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sənətçi İnstaqram səhifəsində məlumat verib.  
O, tıxaca düşdüyünü, məclisə gecikməmək üçün metrodan istifadə etdiyini bildirib: "Toya gedirəm, bir də nə görsəm yaxşıdır? Şəhər dayanıb, hər yer tıxacdır. Mən də maşını saxlayıb metroya mindim. Əsad odur ki, gedib çata bildim. Ən gözəl nəqliyyat vasitəsi olan metro imdadımıza çatdı". 
window._ttzi = 34;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Abdullayevin paylaşdığı görüntülər sosial şəbəkələrdə də maraqla qarşılanıb.

milli.az

Meshur azerbaycanli mugenniler verilise cixmaqdan İMTİNA ETDİLER

27 Noyabr 2018 13:51 – xeber –
Bir çox məşhur xalq artistləri və əməkdar artistlər verilişlərdən gələn təkliflərdən imtina edirlər.
Olkem.az xəbər verir ki, bu barədə aparıcı Nanə Ağamalıyeva "Şou ATV" proqramında məlumat verib.
Xanım aparıcı verilişinə dəvət üçün əlaqə saxladığı bir çox məşhur müğənnilərimizdən "yox" cavabı eşitdiyi zaman təəccübləndiyini də gizlətməyib. O, həmin məşhurlar arasında əməkdar artistlər Xumar Qədimova, Könül Kərimova, Ədalət Şükürov, kamança ustadı Habil Əliyevin müğənni oğlu Rəvan Habiloğlu, xalq artistləri Zülfiyyə Xanbabayeva, Natiq Şirinov və başqalarının adını çəkib.

Aparıcı bu siyahının daha böyük olduğunu bildirib.
Nanə hətta bu yaxınlarda efirində qonaq olan Natiq Şirinovu verilişinə dəvət etdiyi zaman xalq artistinin tərəddüd içində "Mən gəlib sənətimi göstərə biləcəmsə, gəlim" cavabını verdiyini xatırladıb:
window._ttzi = 34;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
"Dedim "Necə yəni, bəs ona görə dəvət etmişik də". 
Sonra Namiq Qaraçuxurlu verilişimdə qonaq olanda soruşdum ki, "Niyə efirlərdə az görünürsünüz?" Yenə eyni səbəb. Bu qədər efirlərdən uzaqlaşmaq, nə oldu, nə çaşqınlıq yaradır, nədir səbəb? Bizim gözəl sənətçi, sənətkarlar var ki, onları efirdə görmək istəyirik". 
Aparıcının daha geniş açıqlaması videoda:

milli.az

Verilisde reklamarasi novbeti biabirciliq: reqqase eteyini qaldirib kisini yelpikledi

27 Noyabr 2018 13:05 – xeber –
Dünya TV-də aparıcı Samir Bayramlının verilişində qonaq olan rəqqasə Aygünün videosu qalmaqala səbəb olub.
Olkem.az A24.Az-a istinadən xəbər verir ki, reklamarası çəkilmiş kadrlarda rəqqasə ətəyini qaldıraraq digər kişi qonağı yelpikləyib.
Daha sonra Aygün efirdə qonaq olan müğənni Kamil Cəfərovun çox yaraşıqlı oğlan olduğunu bildirib:
window._ttzi = 34;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
"Mən qadınam, qadın da kişiyə baxar da, burada nə var ki? Normal olaraq yaraşıqlı kişilərə qarşı həssasam".

milli.az

Elton masinini Turkiyeden getire bilmedi – Senedleri ogurlandi

27 Noyabr 2018 12:37 – xeber –
Müğənni Elton Hüseynəliyev avtomobilsiz qalıb. 

Olkem.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "ATV maqazin onlarla" verilişində deyib. Elton bildirib ki, Türkiyəyə avtomobili ilə gedib və bütün sənədlərini orada itirib:

"Buna görə də maşınımı Türkiyədən gətirə bilmədim. İndi sənədləri yenidən düzəldib gedib gətirəcəm".

milli.az

“Onlarin derisini xalqin qarsisinda soymaq lazimdir”

27 Noyabr 2018 12:00 – xeber –

Üzümü tutub efirdən insanlara müraciət edirəm. Yazırlar ki, filankəs kiminsə qızına sataşdı və yaxud başqa məsələlər… Cinayətkarı nəinki həbs etmək, dərisini xalqın qarşısında soymaq lazımdır.  

Olkem.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri xalq artisti Məleykə Əsədova "Bizimləsən" proqramına qonaq olarkən qeyd edib. Məşhur aktrisa son zamanlar cinayətlərin artması ilə açıqlama verib:
window._ttzi = 34;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
"İnsanlar bu qədər cəlladlaşıb? Qadın öz ərini, atası övladını bıçaqlayır və s. Elə rahat danışırlar ki… İnsan toyuğun başını kəsəndə baxmaq istəmir, üzünü çevirir. Necə ola bilər ki, insan insanı öldürür, ata balanı, bala atanı döyür, cavan uşaqlara sataşırlar. Həmin şəxsləri öldürmək lazımdır. Onların üstündən elə-belə keçmək lazım deyil. Onsuz da o biri dünyada cəzalarını çəkəcəklər". 

milli.az

Tolikle Zaur arasinda GERGİNLİK – Canli yayimda RÜSVAY ETDİ (FOTO)

27 Noyabr 2018 11:57 – xeber –
Prodüser-aparıcı Tarix Əliyev (Tolik) proqramında Xəzər telekanalının digər aparıcısı Zaur Kamalı qeyri-peşəkarlıqda ittiham edib.

Şəbnəm görün kimi Azərbaycanın ən məşhur müğənnisi hesab edir – FOTO

Olkem.az xəbər verir ki, təxminən 10 gün öncə Zaur verilişində qonağı olan Şəbnəmə verdiyi suala görə Tolikin qəzəbinə tuş gəlib.
window._ttzi = 34;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Tolik canlı yayımda Zaurla bağlı qalmaqallı açıqlama verib:
"Bu yaxınlarda Zaur "5/5"in verilişində… Əslində, məncə, peşəkar aparıcı bu sualı verməzdi. Mən özümü aparıcı saymasam da, bir prodüser kimi Zaurda bu nöqsanı gördüm. Şəbnəm Tovuzluya sual verdi ki, "Kimləri indi daha populyar hesab edirsən?" Şəbnəm adlar sadaladı – "Mən getdiyim məclislərdə Damlanı, Üzeyiri, Talıb Talehi, Pərviz Bülbüləni, Türkanı və özümü". Mən amma buradan prodüser kimi deyirəm ki, 16 ildir prodüserəm. Mən idarə etdiyim, təşkil etdiyim toylarda onlarla bir dəfə də olsun bir yerə düşməmişəm. Niyəsini deyim sizə: Mən Eltonla işlədiyim bu 5 ildə 500 toy təşkil etmişəm. Mən heç birində onlardan heç birini görməmişəm. Bu gün Brillinat xanım, Aygün Kazımova, Röya, Eyyub Yaqubov, Tünzalə xanım olduğu yerlərdə də mən sizi görməmişəm. Ona görə də bir az bu sualı verəndə nəzərə almaq lazımdır ki, hər bir müğənninin və onun çevrəsində olan müğənnilərin öz tamaşaçısı, öz dinləyicisi var".

milli.az

Xatire qardasini nisanladi (FOTO)

27 Noyabr 2018 10:43 – xeber –
Müğənni Xatirə İslam qardaşını nişanlayıb.
Olkem.az axşam.az-a istinadən bildirir ki, Tural Zümrüd adlı xanımla ailə qurmağa hazırlaşır. Nişan mərasimi evdə olub.
window._ttzi = 34;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Xatirə məclisdən fotoları İnstaqram səhifəsində paylaşıb.

milli.az

"Vusale adini sehifemde yazan izleyicini…" (FOTO)

27 Noyabr 2018 09:16 – xeber –
Aparıcı Azər Zahid İnstaqram hesabında etdiyi paylaşımla keçmiş həyat yoldaşı Vüsalə Əlizadə haqda şərh yazıb.
Olkem.az axşam.az-a istinadən bildirir ki, o, naməlum bir xanımla fotosunu səhifəsində yerləşdirərək əvvəlcə şərh bölməsini bağlayıb, sonra isə açaraq bunları qeyd edib:

Bilirsiniz kommenti niyə bağladım? Çünki bu şəkli bir test üçün qoydum. Düzdür, Türkiyədə seriala çəkildiyim zaman mənim həmkar qız tərəfdaşımdır, bu ayrıca. Bu şəkli qoydum ki, sizdən hər dəfə nəsə paylaşanda münasibətinizi bilmək üçün deyirəm, zəhmət olmasa, şərh yazın, hansı ki, reklamlardan başqa heç kim nəsə yazmır. Amma bu şəkli qoyan kimi o saat Vüsalə belə getdi, Vüsalə elə gəldi. Ay insanlar, anlayın ki, o insanın öz həyatı, mənim öz həyatım. Bizi bir birimizə salam-sağ ol etməyə məcbur edən övladımızdır. O ki qaldı keçmişə, onu basdırmışam, mənə təzə həyat maraqlıdır. Qısqandırırsan, nə bilim, acıq verirsən, mənə maraqlı deyil o və ya qeyrisi. Mənə maraqlı olan mənə maraqlıdır, onu da bəzi düşüncəsizlərdən məsləhət almıram. Bir sözlə, elə etməyin ki, mən nəsə onun haqda yazım, sabah isə desin mənim adımdan reklam edirsən. Əl çəkin, mənə maraqlı deyil O və ya nəə. Öpürəm. Vüsalə adını mənim səhifəmdə yazan izləyicini bloka atacam. Əl çəkin də, bala. Lazımdır sizə, onun səhifəsində yazın, mənim haqqımda da yazmayın.
window._ttzi = 34;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Qeyd edək ki, Azər və Vüsalə cütlüyü 2013-cü ildə ayrılıb. Onlar qalmaqallı şəkildə boşanmışdılar. Cütlüyün Dilək adlı bir qız övladı var. Azər 2016-cı ildə ikinci dəfə ailə qurub və bu nikahı da uğursuz olub.

milli.az

Arvadina xeyanet etdiyi rus qadin aktyorun İNTİM FOTOlarini yaydi

26 Noyabr 2018 18:44 – xeber –
"Game of Thrones"un "Jon Snow"u Kit Haringtonun həyat yoldaşı Rose Leslienə rusiyalı gözəllə xəyanət etdiyi iddiaları gerçək olub.
Olkem.az xarici KİV-ə istinadən xəbər verir ki, rus qadın aktyorun yatağında çəkilmiş çılpaq fotolarını sosial şəbəkə hesabından paylaşıb.
Qeyd edək ki, cütlük 2017-ci ilin aprelində nişanlanmışdı, eyni ilin 23 iyununda isə Şotlandıiyada bir çox məşhurun iştirakı ilə ailə həyatı qurmuşdular.
window._ttzi = 34;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Bu da aktyoru rəzil edən sözügedən fotolar:

milli.az

“Hami bilir ki, kim nece kisidir” – Rehman Memmedliden Remisin unvanina SERT SÖZLER (FOTO)

26 Noyabr 2018 17:42 – xeber –
ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonaqları tanınmış gitara ustası Rəhman Məmmədli və oğlu bəstəkar Tural Məmmədli olub.

Olkem.az xeber verir ki, Rəhman Məmmədli son zamanlar gitaraçı Rəmişlə aralarında yaşanan qalmaqaldan danışıb:

"Verilişdə sual veriləndə mən haqda, qayıdıb "kişidən danış deyilsə, kimə xoş gələr?" Bütün gitara çalanlardan söhbət gedir. Mənim adım gələndə deyir ki, mənə kişidən danış. Elin, xalqın gözü bilir ki, kim necə kişidir. Mənim bu boyda oğul yetişdirməyim kişiliyimin bariz sübutudur. Sən məni nə yerinə sayırsansa, mən də səni o yerə sayıram. Mənim oğlumdan danışmağıma dəyər, bəs Rəmiş kimdən danışacaq? İstəyirəm bəyan edəm ki, gəl bununla soyuq müharibəmizə son qoyaq. Atmacalarına mən də cavab verəcəm. Bir-birimizə atmacalar atmayaq. Mən səndən ötrü 9 milyonun biri deyiləm. Mən bu məmləkətin 2-3 nəfərindən biriyəm. Sənin böyüklüyünü məndən çox səsləndirən yoxdur. Heç nə, demişəm ki, bu sənət mənə Allah vergisidir. Məktəbim, müəllimim olmayıb. İbtidai məktəbə də getməmişəm. Qonşudan taxta gitara tapmışam, onunla gitara çalan olmuşam. Rəmiş, sən böyük bir fenomenlik yaratmısan, amma o fenomenliyi qoruya bilmirsən".

milli.az

“Usaqlarim meni qisqanir” – Elnare Xelilova (FOTO)

26 Noyabr 2018 16:40 – xeber –
ARB TV-nin "Pəncərə" proqramının növbəti qonağı müğənni Elnarə Xəlilova olub.

Olkem.az xeber verir ki, Nadir Qafarzadənin "uşaqlarıma demişəm ki, küçədə məni söysələr, təhqir eləsələr, boş ver keç" açıqlamasına fikir bildirən müğənni Elnarə Xəlilova Nadirin haqlı olduğunu bildirib.

"Düz deyir. Çox normaldı. Mənim uşaqlarım da məni qısqanır. Yanacaqdoldurma məntəqəsində idik. Uzaqbaşı orada gəlib mənə salam verib, xoşgəlmişsiniz deyə bilərlər. Oğlanlarım qısqanırlar ki, ona bax, buna bax. Deyirəm, ay bala, nə dedi ki, təhqir etmədi ki, ananızı. Onu belə uşaqlarımın başı götürmür".

milli.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org