İraq hedeledi: Ermenistanla emekdasliq ederem

07:42 – xeber – Hər ikisi müsəlman ölkəsi olan Türkiyə ilə İraq arasında gərginlik davam edir. Olkem.az xeber verir ki, anspress-in məlumatına görə, İraqın Ticarət Nazirliyi Türkiyədən bitki yağı idxalını dayandıracaqlarını açıqlayıb. Nazirliyin sözçüsü “Reuters”ə verdiyi açıqlamada Bağdadın 7 ildir hər cür bitki yağı ehtiyacını Türkiyədən qarşıladığını deyib. Yağ idxalının miqdarı barədə məumat verməyən sözçü Başika böhranı səbəbindən Türkiyədən yağ idxalının azaldılacağını və digər bazarlara yönələcəklərini bildirib.

İraqın ticarət naziri Məhəmməd əl Sudaninin Ermənistanın İraqdakı səfiri Karen Qriqoryanla görüşdüyünü deyən nazirlik nümayəndəsi iki ölkə arasında yağ idxalı istiqamətində əməkdaşlıq ola biləcəyini qeyd edib.

Tərəflər arasındakı görüşü təsdiqləyən Ermənistan səfirliyinin əməkdaşı görüşün detalları barədə məlumat verməyib.

İraqın sənaye naziri Məhəmməd Daraci isə qarşıdakı illərdə ölkədəki yağ fabriklərinin fəaliyyətə başlayacağını deyib.

Türkiyə Silahlı Qüvvələrinin (TSK) Şimali İraq Mosul əyalətinin Başiqa şəhərində İŞİD terror qruplaşması ilə mübarizə çərçivəsidə peşmərgələrə silahlı təlim keçməsini rəsmi Bağdad hiddətlə qarşılayıb.

Ötən gün isə “Ərəb Liqası” Misirdə keçirdiyi iclasında Türkiyənin Başiqa əməliyyatlarını İraqın suverenliyinin pozulması kimi qiymətləndirib. Liqanın baş katibi Nəbil əl Ərəbi isə Türkiyənin BMT-nin prinsiplərini kobud şəkildə pozduğunu vurğulayıb.

İraqın xarici işlər naziri İbrahim əl-Cəfəri Ankara ilə münasibətlərin bərpa olunması üçün Türkiyə qoşunlarının geri çəkilməsini vacib şərt kimi görüb.

mənbə :
anspress

Yuze yaxin mehbusun efvi gozlenilir

06:58 – xeber – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə növbəti əfv fəramanının imzalanacağı gözlənilir.

Olkem.az xeber verir ki, ans tv-nin məlumatına görə, əfv komissiyası iclaslarını yekunlaşdırıb. Hazırda həbsdə olan əfv ediləcək şəxslərin siyahısı hazırlanıb və yüzə yaxın məhbusun əfvi gözlənilir.

Onlardan bəzisi müxalifət nümayəndələridir. Birgə işçi qurupun iclasının yekununda siyahı prezidentə təqdim ediləcək və onların cəzalarının çəkilməmiş hissəsindən əfv edilməsi xahiş olunacaq.

Əfv Komissiyasının üzvü Çingiz Qənizadə deyib ki, Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı əfv fərmanının imzalanması gözlənilir.

İclasda Avropa Şurası baş katibi Yaqlandın nümayəndəsini Azərbaycan İnsan Hüquqları üzrə Birgə İşçi Qrupundan geri çağırmasına münasibət bildirildi. Bu addımın əhəmiyyətsiz, anlaşılmaz olduğu vurğulandı.

“Əgər sən Azərbaycana nümayəndə göndərmək istəyirsənsə, niyə onu geri çağırırsan? Geri çağırırsansa, nəyə görə təkrarən nümyəndəni Azərbaycana göndərirsən? Bir daha mən məhz sizin sözlərinizə şərikəm ki, bu bizim işçi qurupudur. Azərbaycan ictimaiyyətinin və dövlətinin iradəsi ilə yaradılıb”, – deyə işçi qrupun həmsədri Səməd Seyidov fikrini açıqlayıb.

Əlavə edildi ki, bu qrup Azərbaycanda insan haqları ilə bağlı problemlərin həlli üçün müvafiq qurumlara tövsiyə vermək üçün yaradılıb.

İşçi qrupun üzvü, millət vəkili Azay Quliyev isə bildirdi ki, Azərbaycan İnsan Hüquqları üzrə Birgə İşçi Qrupa qarşı müxtəlif təzyiqlər edilir. Biz isə beynəlxalq təşkilatlarla əməkdaşlığa açığıq.

Əfv fərmanı prezident İlham Əliyevin müstəsna səlahiyyətidir. İndiyədək bu fərmanla 6 minə yaxın məhbus dövlət başçısı tərəfindən əfv olunub.

mənbə :
anspress

Hollandiyadan Turkiyeye zerbe

06:35 – xeber – Hollandiyanın anamüxalifətçi Xristian Demokrat Partiyası (CDA) Türkiyədə PKK terror qruplasşmasına qarşı keçirilən hərbi əməliyyatları parlamentdə müzakirəyə çıxarıb. Olkem.az xeber verir ki, anspress-in məlumatına görə, CDA millət vəkili Piter Omtziqt bu əməliyyatlar səbəbindən Avropa İttifaqından (Aİ) Türkiyəyə göstərilən maddi yardımın dayandırılmasını təklif edib.

Omtziqtin təklifi parlamentdəki 7 partiya tərəfindən dəstəklənib. Həmçinin Liberal Sağ Partiya (VVD), Fəhlə Partiyası (PvdA) və Azadlıq Partiyası (PVV) Türkiyənin Aİ-yə üzvlüyü müzakirələri çərçivəsində islahatlar üçün aldığı yardımların təyinatına uyğun xərclənmədiyini iddia ediblər.

Parlamentin əksəriyyəti tərəfindən dəstəklənən təklif Xarici İşlər Nazirliyi və Aİ komissiyası tərəfindən də qəbul edilib. Həmçinin Hollandiya hökuməti parlamentdən Aİ nəzdində məsələ qaldırmasını da tələb edib.

Avropa İttifaqının xarici işlər komissarı Federika Mogerininin sözçüsü isə terror təşkilatına qarşı əməliyyatların dayandırılması üçün Türkiyəyə müraciət edib. Aİ nümayəndəsi “sülh prosesi”nin yenidən başladılması təşəbbüsünə də dəstək verəcəklərini açıqlayıb.

mənbə :
anspress

Neft 40 dollara yaxinlasir

05:54 – xeber – Dünya birjalarında neftin qiymətindəki cüzi bahalaşma davam edir. Olkem.az xeber verir ki, anspress-in məlumatına görə, hazırda bazarlarda “Brent” markalı neftin qiyməti dünənə nisbətən bahalaşaraq 37.89 dollara çatıb.

“Texas” nefti növbəti dəfə “Brent” neftini üstələyib. Belə ki, birjalarda “Texas” (WTI) markalı neftin bir bareli 38.10 dollar olaraq müəyyənləşib.


Mənbə: Bloomberg

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə ötən gün 0.54 dollar bahalaşaraq 37,47 dollar təşkil edib.

Əmtəə birjalarında da qiymətlərdə müxtəlif istiqamətlərdə dəyişikliklər müşahidə olunur. Qızılın qiyməti cüzi bahalaşma ilə 1 qramı 34,59 dollar olub. Gümüşün qiyməti isə bahalaşaraq 1 qram üçün 0.46 dollar müəyyənləşib.


Mənbə: Bloomberg

Milli valyutamız olan manatın məzənnəsi euro və dollar qarşısında öz dəyərini itirməyə davam edir. Mərkəzi bankın üzən məzənnəyə keçid haqqında verdiyi qərardan sonra dollarda 50 faizə yaxın bahalaşma qeydə alınıb. Ötən gün 1 ABŞ dollarının qiyməti 1.5528 AZN təşkil edib. 1 avro 1.6979, 1 rubl 0.0223 AZN olub.

Azərbaycan Mərkəzi Bankının ən son məlumatlarına görə ölkəmizdə xarici valyutaların məzənnəsi:

mənbə :
anspress

Hindistanin bas naziri Putine qilinc hediyye etdi

05:15 – xeber – Hindistanın baş naziri Narenda Modi Rusiya prezidenti qılınc və Vladimir Putinə Mahatma Qandinin əlyazmasını hədiyyə edib.

Olkem.az xeber verir ki, anspress-in məlumatına görə, hədiyyəni baş nazir ölkə başçısına Moskvaya rəsmi səfəri çərçivəsində bəxş edib. Narenda Modi ötən gün Moskvaya rəsmi səfər edib. Onun bu səfərinin ikigünlük olduğu deyilir. Baş nazir artıq Vladimir Putin ilə görüşüb.

Rusiya mətbuatının verdiyi məlumatlara əsasən, görüş prezident iqamətgahında çay içməklə keçirilib. Çay içmə mərasimindən sonra şam yeməyi zamanı Hindistanın baş naziri Vladimir Putinə öz hədiyyələrini təqdim edib.


Hindistanın baş nazirinin Rusiya prezidentinə hədiyyə təqdim etməsi

Hədiyyələr Mahatma Qandinin XVIII əsr əlyazmaları və bir də qılınc olub. Buna səbəb kimi Rusiya prezidentinin 2007-ci ildə müsahibəsi zamanı etdiyi zarafat olub. Putin deyib ki, Mahatda Qandinin ölümündən sonra elə bir adam yoxdur ki, onunla danışsın. Elə bunu nəzərə alan baş nazir də bu əlyazmanı prezidentə gətirməyi düşünüb.

Ümumiyyətlə, iki ölkə liderləri arasında danışıqlıqlar 2000-ci ildən mütəmadi olaraq keçirilir. Hindistan və Rusiya ölkələri arasında ticarət dövriyyəsinin həcmi təxminən 10 milyard dollar təşkil edir.

Bu dəfəki danışıqlıqlar daha çox hərbi mövzuya həsr olunub. Hər iki ölkə hərbi-texniki əməkdaşlıq və atom enerjisi sahəsində, neft-qaz sahəsində iri layihələrin həyata keçirilməsini müzakirə etməyi planlaşdırırlar. Bundan başqa, dünyanın əsas problemləri və qarşılıqlı fəaliyyətlər də müzakirə olunacaq mövzular arasındadır.


Bu dəfəki Rusiya və Hindistan liderlərinin müzakirə edəcəyi əsas mövzular

mənbə :
anspress

Yaponiyada daha iki AES salinacaq

04:52 – xeber – Yaponiya məhkəməsi daha iki Atom Elektrik Stansiyasınının (AES) işə salınması üçün qərar qəbul edib. Olkem.az xeber verir ki, anspress-in məlumatına görə, Takahama şəhərində Kansay Elektrik şirkəti tərəfindən idarə olunan reaktorların gələn ay işə salınacağı gözlənilir.

Hazırda ölkənin nüvə enerjisi imkanlarının cəmi 5 faizi istifadə olunur. 2011-ci ildə baş vermiş zəlzələ və tsunami fəlakəti nəticəsində AES-lərin əksəriyyəti fəaliyyətini dayandırmışdı. Kansay Elektrik şirkəti rəhbərliyi bildirib ki, məhkəmənin qərarı AES-in təhlükəsizlik standartlarına cavab verdiyini göstərir. Reaktorların işə salınmasına qarşı etirazlar da gözlənilir.

mənbə :
anspress

Ruminiyada Kanalizasiya xetlerinde yasayanlar

04:39 – xeber – Rumıniyada narkotik aslılığından əziyyət çəkən yüz nəfərdən çox qadın və kişi yerin altında kanalizasiya xəttində yaşayır.

Olkem.az xeber verir ki, anspress-in məlumatına görə, kommunizm dövründə əqli problemli uşaqların məskəni olan kanalizasiya xəttləri indi isə narkotikdən asılı vəziyyətə düşmüş gənclərin yataqxanasına çevrilib. Onlar, qalmağa yerləri olmadığı üçün məhz kanalizasiya xətlərini otaq vəziyyətinə gətirərək özləri üçün sığınacağa çeviriblər. Rumıniyada narkotik asılılığından əziyyət çəkən gənclərin sayı həddindən artıq çoxdur.


Narkotik aslılığından əziyyət çəkənlər

Narkotik asılılığı kommunizm rejimi zamanı, uşaq evlərinə atılan körpələrin yetkinlik yaşına çatan gənclər arasında daha çox yayıldığı bildirilir.


Narkotik asılılığından əziyyət çəkənlər

Dünya üzrə narkotik asılılığından əziyyət çəkənlər haqqında 2014-cü il üçün hazırlanan statistikaya əsasən dünyada 246 milyon insan, 15-64 yaş arası hər 20 nəfərdən biri geridə qoyduğumuz ildə ən az bir dəfə də olsa narkotik vasitələrindən istifadə edib. Bu rəqəmə görə istifadə nisbəti bir əvvəlki ilə görə, 3 milyon insan artım olduğu bildirilir.


kommunizm rejimi zamanı, uşaq evlərinə atılan körpələr


Kanalizasiya xətlərində yaşayan gənclər


kommunizm rejimi zamanı, uşaq evlərinə atılan körpələr

mənbə :
anspress

“Cenub” qaz dehlizi layihesi Avropa ucun cox vacibdir

04:28 – xeber – “Cənub” qaz dəhlizi layihəsi Avropa üçün çox vacibdir.

Bu sözləri ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Atlantik Şurasının Qlobal Enerji Mərkəzinin təsisçisi Riçard Morninqstar “naturalgaseurope.com”a müsahibəsində deyib. O bildirib ki, son 20 il ərzində Azərbaycan öz neftini Türkiyəyə nəql edən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihəsini uğurla həyata keçirməyə nail olub. Hazırda isə “Cənub” qaz dəhlizi layihəsi icra olunur. Bu dəhliz Türkiyəyə və son nəticədə isə Avropaya qaz tədarük edəcək. “Cənub” qaz dəhlizi ilə ilk əvvəl ildə 6 milyard kubmetr qaz Türkiyəyə, 10 milyard kubmetr isə Avropaya çatdırılacaq.

Qeyd edək ki, Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan və “Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən Trans-Anadolu qaz boru kəməri (TANAP) Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəmərinə qoşulmaqla Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.

mənbə :
anspress

Ölum sebebinden ABŞ sirketinin sehmleri ucuzlasdi

04:00 – xeber – Amerika Birləşmiş Ştatlarında (ABŞ) baş vermiş daha bir avtomobil qəzası Takata şirkətinin səhmlərini 5 faiz aşağı düşürüb.

Olkem.az xeber verir ki, anspress-in məlumatına görə, qəza zamanı Takata şirkətinə məxsus təhlükəsizlik yastığının açılmaması ölümə səbəb olub.

Bu Amerikada artıq 8-ci belə ölüm halıdır. Ümumilikdə isə, eyni səbədən 9 nəfər ölüb.

Amerikanın magistral nəqliyyat təhlükəsizliyi rəhbərliyi növbəti ölüm faktına görə Takata firmasını təqsirləndirib.

Takatanın məhsulları Yaponiyanın “Honda”, “Subaru”, “Mazda” və digər 9 avtomobil şirkəti tərəfindən istifadə olunur. Takata şirkəti məhsullarına texniki düzəliş etmək məqsədilə 19 milyon avtomobili geri çağırıb. Noyabr ayında şirkət rəhbərliyi təhlükəsizlik qaydalarını pozduğuna görə 70 milyon dollar cərimə ödəməyə razı olduğunu bildirmişdi.

mənbə :
anspress

Rusiya Erdoğanin istefasini gozleyir

03:27 – xeber – Rusiya Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Mariya Zaxarova Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, “Türkiyənin İŞİD-lə neft sahəsində əməkdaşlığı sübut olunarsa bu kresloda oturmaram” sözlərini xatırladıb. Olkem.az xeber verir ki, anspress-in məlumatına görə, Rusiya XİN-in sözçüsü ölkəsinin artıq bunu sübuta yetirdiyini bildirib. Mariya Zaxarova bunu xatırladaraq kreslonun nə vəziyyətdə olduğunu öyrənmək istədiyini bildirib.

“Danimarkanın “Rystad Energy” şirkəti Türkiyənin neft qaçaqmalçılığı ilə əlaqəsini göstərən hesabat paylaşdı. Türkiyənin prezidenti cənab Ərdoğan Parisdəki iqlim sammitində jurnalistlərə verdiyi açıqlamada ölkəsinin neft qaçaqmalçılığı sübuta yetirilərsə kreslosunda oturmayacağını demişdi. Biz onsuzda bunu sübuta yetirdik. Mən sadəcə olaraq kresloda vəziyyət necədir, öyrənmək istədim.”


Rusiya Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Mariya Zaxarova

Noyabrın 24-də Suriyada hərbi əməliyyatda olan Rusiyaya aid “Su-24” qırıcısı Türkiyənin hava srhəddini pozduğu üçün bu ölkənin hərbi aviasiyasına aid “F-16” qırıcısı tərəfindən vurulmuşdu. Bundan sonra iki ölkə arasında başlayan diplomatik gərginlik iqtisadi sanksiyalarla davam etmişdi.

Türkiyə Rusiya ilə barışığa dəfələrlə cəhd etsə də prezident Vladimir Putin rəsmi Ankaradan üzr gözlədiyini bəyan edərək kompromisə getməmişdi.

mənbə :
anspress

Ukrayna Rusiyaya qarsi sanksiya tetbiq edecek

02:45 – xeber – Ukrayna parlamenti hökumətə, Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə icazə verib.

Olkem.az xeber verir ki, ans tv-nin məlumatına görə, bu barədə Ukraynanın baş naziri Arseni Yasenyuk Ali Radanın iclasında bildirib.

Onun sözlərinə görə, sanksiyalar 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək. Yasenyuk parlamentə “Ukraynanın xarici iqtisadi fəaliyyəti haqqında qanun”a dəyişikliklərin edilməsi haqqında qanun layihəsini təqdim edib.

O bildirib ki, dəyişikliklərin məqsədi Rusiyaya qarşı analoji tədbirlərin həyata keçirilməsidir. Həmin qanun sanksiyaların tətbiq edilməsi səlahiyyətinin Ukrayna Nazirlər Kabinetinə verilməsini nəzərdə tutur.

Bundan əvvəl Rusiya da yanvarın 1-dən Ukraynaya qarşı güzəştsiz ticarət rejiminin və ərzaq embarqosunun tətbiqi barədə qərar qəbul etmişdi.

mənbə :
anspress

Azerbaycanlilar Sakasvilini destekledi (VİDEO,FOTO)

02:16 – xeber – Ukraynanın Azərbaycan diasporası Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili tərəfindən yaradılmış yeni “Təmizlənmə uğrunda” hərəkatını dəstəkləməyə qərar verib.

Olkem.az xeber verir ki, anspress-in məlumatına görə, hərəkatın əsas məqsədi korrupsiyasız, biznes və xalq üçün ədalətli və şəffaf qaydaları olan yeni Ukraynanın yaradılmasıdır.

Bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diaspora təşkilatının rəhbəri Hikmət Cavadov ANS PRESS-ə açıqlamasında bildirib. “Saakaşvili ölkəni bugünki vəziyyətdən çıxara biləcək komandaya malik siyasətçidir. Bu prosesdə biz onun yanında yer alacağıq. Biz Ukraynanı sevən insanlar kimi ləyaqətli həyat arzulayırıq”,- deyə Hikmət Cavadov bildirib.


Hikmət Cavadov Forumda iştirak edib

Qeyd edək ki, dekabrın 23-də Kiyevdə keçirilən ikinci Antikorrupsiya Forumu Ukrayna siyasətində yeni lideri təqdim edib. Gürcüstanın keçmiş prezidenti, hazırda Odessa vilayətinin qubernatoru Mixael Saakaşvili “Təmizlənmə uğrunda” hərəkatın yaradıldığını açıqlayıb. Hərəkatın məqsədi kimi korrupsiyasız, biznes və xalq üçün ədalətli və şəffaf qaydaları olan yeni Ukraynanın yaradılması elan olunub. Hərəkatın məqsəd və məramı haqda sənəd tədbirin təşkilatçılarından biri olan Ukrayna “Forbes”nin keçmiş baş redaktoru Vladimir Fedorin tərəfindən açıqlanıb.

Sənəddə qeyd edilir ki, Ukraynada hökumət və hüquq-mühafizə orqanları korrupsiyayla mübarizənin öhdəsindən gəlmir, bununla əlaqədar olaraq hərəkət yaradılır. Yeni hərəkat bütün arzu edənlərin iştirakı üçün açıq olacaq. Hərəkat regionlara getməyə hazırlaşır. Yanvarın 18-də hərəkat Xarkovda korrupsiyaya qarşı yeni forum keçirməyi planlaşdırır.

Bir müddət əvvəl Olkem.az xeber verir ki, anspress-in müxbirinə verdiyi müsahibəsində Mixail Saakaşvili Azərbaycan diasporu ilə iş birliyinə hazır olduğunu bildirərək həmçinin daim azərbaycanlılara güvəndiyini qeyd etmişdi.

mənbə :
anspress

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org