Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Zulfiyyeden Meral Konrat-Fexreddin Manafov qalmaqalina reaksiya (FOTO)

16 views23/11/2016

10:40

23 Noyabr 2016 12:35 – xeber –
Türkiyənin tanınmış aktrisası Meral Konratla Azərbaycanın xalq artisti Fəxrəddin Manafov arasında yaranmış gərginlik davam edir.
Olkem.az ölkə.az-a istinadla bildirir ki, M.Konrat Manafovu məhkəməyə verə biləcəyini də istisna etməyib. Aktrisa hesab edir ki, aktyorumuz onu "Təhminə-2" filminin çəkilməsi adıyla aldadıb Bakıya gətirib və o, Zülfiyyə Xanbabayevanın "Mənimsən" adlı mahnısının klipinə çəkilib.
Əməkdaşımız məsələ ilə bağlı Zülfiyyə Xanbabayevanın fikrini öyrənməyə cəhd edib. Sənətçi bu haqda danışmağı lazım bilməyib:
"Oy, oy, oy… O söhbətin üstündən nə qədər keçib. Artıq sözümü demişəm. Mənim heç bir şeydən xəbərim yoxdur".
Ancaq klipə baxanda da ehtimal etmək olur ki, M.Konrat Bakıya məhz "Təhminə-2" filminin çəkilişi üçün dəvət edilib.
Xatırladaq ki, sözügedən klipi Ramiz Fətəliyev və Fuad Əlişov çəkib.

milli.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler