Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Ziyafet Esgerov ve Siyavus Novruzov Turkiyeye gedecek

5 views26/11/2016

14:56

– xeber –
Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov noyabrın 28-dən 30-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaqlar.
Parlamentin mətbuat xidmətindən Report-a verilən məlumata görə, Milli Məclisdən Azərbaycan nümayəndə heyətinin səfər zamanı Qüds Uğrunda Parlamentarlar Liqasının Birinci İllik Konfransında iştirak edəcəyi bildirilib . Toplantıda fələstinlilərin hüquqlarının dəstəklənməsində beynəlxalq təşkilatların rolu, Fələstin Qanunvericilik Şurasının üzləşdiyi çağırışlar, Qüdsdə vəziyyət və digər mövzularda müzakirələr aparılacaq.
Tədbirdə Fələstin barədə, habelə Türkiyədə bu ilin 15 iyul tarixində baş vermiş hadisələrə həsr olunan filmlər nümayiş etdiriləcək.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler