Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Zaurdan Xosqedeme: "Deyirler, iki qocun basi bir qazanda qaynamayacaq"

17 views09/11/2016

11:32

9 Noyabr 2016 13:29 – xeber –
Aparıcı Xoşqədəm Hidayətqızı "5/5" verilişinin qonağı olub. 
Axşam.az-ın məlumatına görə, aparıcı fəxri ad almasından və müğənni həyat yoldaşı Doğuşdan danışıb:
"Xəbəri efir zamanı rejissor qulağıma dedi. Hər dəfə efirdən sonra Doğuşla zəngləşirik. Deyir, baxıram, İnstaqramda hamı səni təbrik edir, nə olub? O da öz adından ölkə başçısına təşəkkür etdi". 
X.Hidayətqızı çox vaxt gecələr də işdə qaldığından danışıb:
"Burada mənə otaq ayırıblar. Hətta aşağı mərtəbədə əkizlər üçün də yataq var. Rəhbərlik deyib ki, onları yuxarı mərtəbəyə çıxaracaq. Onda uşaqlarım da mənimlə birlikdə işdə qalacaqlar. 
Mənim əylənməyim ancaq uşaqlarladır. Onlar səhər saat 6-da yuxudan oyanırlar. Evdə demişəm ki, onlar duran kimi məni də yuxudan oyadın. Uşaqlarımı efirə çıxaracam, amma nə vaxt – bilmirəm. Onları gətirib bu işiğın altında, indi efirə çıxarmaq olmaz. Hələ balacadırlar".
X.Hidayətqızı Zaur Kamalın "Deyirlər ki, iki qoçun başı bir qazanda qaynamayacaq. Amma bizim sahəmiz ayrıdır. Bircə reytinq üstündə dava edə bilərik" sözlərinə belə cavab verib: 
"Hər ikimizin sahəsi fərqlidir. Döyüşsək də, telekanal üçün mübarizə aparacağıq. Bizim bir məqsədimiz var, ailəmizin kanalı birinci olsun. Reytinqi kim gətirir-gətirsin. Allah bizə bu yolda cansağlığı versin. Mən ailəmizin kanalında yeniyəm. Mənə hörmət, diqqət var, şərait yaradılıb".

milli.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler