Zaur Naneni mehkeme ile hedeledi

7 Dekabr 2018 16:54 – xeber –
Aparıcılar Nanə Ağamalıyeva ilə Zaur Nəbioğlu arasında qalmaqal yaşanıb. 

Olkem.az axşam.az-a istinadən bildirir ki, Nanə "Şou ATV" verilişində müğənni Tacir Şahmalıoğlu ilə bağlı süjet hazırlayıb. Süjetdə Tacirin dənizdə boğulub ölən qardaşının məzarı üstündə ağlaması əks olunub. Məlum olub ki, bu görüntülər Z.Nəbioğlunun keçmiş ANS-də yayımlanan "A-dan Z-yə" verilişindən oğurlanıb. Proqramın adı və kanalın yazısının üstü bağlanılaraq, efirə verilib. 

Z.Nəbioğlu saytımıza açıqlamasında bununla bağlı ATV rəhbərliyinə şikayət etdiyini söyləyib:

"Tacir Şahmalıoğlunun qardaşı dənizdə boğulanda xahiş etdim ki, sizi və onun ailəsini məzarın üstündə çəkək. Tacir buna çətinliklə razılıq verdi və bütün ailəni çəkə bildik. Proqramdan sonra görüntüləri "Youtube"də yerləşdirdik. Nanə Ağamalıyeva da oradan götürüb, loqonun üstünü bağlayıb və öz süjeti kimi təqdim edib. Həmin veriliş reytinqdə birinci olmuşdu, hətta Nanə özü də mənə zəng edərək, fikrini bildirmişdi. Nanə indi deyə bilməz ki, həmin proqramı tanımıram. O, mənim verilişim olduğunu gözəl bilir. 

ATV kanalının rəhbərliyinə zəng edib, şikayətimi bildirdim. Dedilər ki, düzgün etməyib, çağırıb onunla bu haqda danışacağıq. Nanə bu kadrları götürəndə mənə zəng edib, xahiş etməli idi. Mənim üçün bu, oğurluqdur. Çünki mən layihə edəndə, ona balammış kimi baxıram".

Zaur Nanəni məhkəməyə verəcəyini də deyib:

"Əgər efirdə bununla bağlı açıqlama verib, üzr istəməsə, onu məhkəməyə verəcəm".
Zaur sözügedən proqramın dekabrın 16-dan etibarən "Olduğu kimi" adı ilə "Xəzər" telekanalında efirə gedəcəyini söyləyib.

milli.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org