Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Zaqatalada 50 yasli qadin intihar edib

19 views27/02/2016

21:44

23:41 – xeber – Zaqatalada iki övlad anası intihar edib.
 
Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə fevralın 27-i günorta saat 15 radələrində rayonun Mazıx kəndində qeydə alınıb. Kənd sakini 1966-cı il təvəllüdlü Məhəbbət Umarxan qızı Səfərovanın meyiti yaşadığı evin həyətyanı sahəsində tikilmiş talvardan asılı vəziyyətdə mərhumun həyat yoldaşının qardaşı tərəfindən aşkar edilib.
 
Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları araşdırma zamanı 50 yaşlı M. Səfərovanın intihar etdiyi məlum olub. Məlumatda o da bildirilir ki,  evli və iki övlad anası olan M. Səfərova son zamanlar əsəb xəstəliyindən əziyyət çəkirdi. Qadın intihar edən zaman evdə tək olub.
 
Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.  

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler