Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Zaqatala sakini mesede muemmali sekilde oldu

11 views05/11/2016

16:20

18:17 – xeber – Zaqatala rayon sakini meşədə müəmmalı şəkildə ölüb.
 
Report-un məlumatına görə, rayonun Əliabad qəsəbə sakini 38 yaşlı Cəbrayıl Cəbrayılov noyabr ayının 4-ü meşəyə odun toplamaq üçün gedib və geri qayıtmayıb.
 
C.Cəbrayılovun yaxınlarının həmin gün axşam olan axtarışları nəticə verməyib. Noyabr ayının 5-i səhər mərhumun qohumları və kənd sakinləri onun meyitini meşənin dərinliklərindən tapıblar.
 
Mərhumun qohumu Əhmədiyyə Musayev məlumat verib ki, C.Cəbrayılovu və atını meşədə ölü vəziyyətdə tapıblar: "O, üzü aşağı yıxılaraq dünyasını dəyişib. Onun nədən öldüyü hələ dəqiq bilinmir, ehtimal olunur ki, ehtiyatsızlıqdan xəsarət alıb və dünyasını dəyişib. Çünki o, geri qayıdarkən meşənin bataqlıq hissəsində araba bir neçə dəfə batıb".
 
Faktla bağlı araşdırma aparılır.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler