Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Zabit: “Ermeninin basina 30 gulle vurduq”

27 views12/03/2016

08:04

09:57 – xeber – “Cəbhə xətti” layihəsinin bugünkü qonağı Ədalət Təvəkkül oğlu Tanrıverdiyevdir. O, Bərdə rayonunun Kətəlparaq kəndində anadan olub. Burada boya-başa çatıb. Birinci Qarabağ müharibəsi veteranıdır, ailəlidir, ali təhsillidir.
 
Xocalı hadisələrindən sonra…
 
– Dünyaya ziyalı ailəsində göz açmışam. Kasıb, sayca böyük ailəmiz olub. Orta məktəbi bitirib Azərbaycan İnşaat Mühəndislər İnstitutuna qəbul oldum, oranı oxuya-oxuya əsgərliyimi də çəkdim. Kasıbçılıqdan gündüzlər işləyib, gecələr oxumuşam. İnstitutu bitirdikdən sonra çox gənc yaşımda mühəndislik etmişəm, inşaat sektorunda yaxşı vəzifə tutmuşam. Daha sonra Milli Azadlıq Hərəkatına qoşulmuşam. Vətənimə əlimdən gələn xidməti etmişəm. Qaldı ki müharibəyə getməyimə, ordu sıralarına Xocalı hadisələrindən sonra könüllü olaraq yazılmışam.
 
Buna görə qürur duyuram
 
Bir gün Bibi-Heybətdə təlim keçirdik. Xəbər gəldi ki, Şuşanı bombalayırlar. Oradan birbaşa bizi Qarabağa yolladılar. Könüllülərin əksəriyyəti təcrübəsiz idi. Bizim tikintidən 147 nəfər könüllü vardı, onların hamısı Milli Azadlıq Hərəkatının iştirakçıları idi. Kəsəsi, gecəylə döyüş bölgəsinə çatdıq, ancaq heç yeri tanımırdıq. Könüllülərin içində zabit kimi bir mən vardım, onlara mən başçılıq etdim. Hər kəsə sakit və mövqeyində ayıq-sayıq olmasını tapşırdım. Nəhayət, səhər açıldı, komandirlərimiz gəldilər. Biz Qarabağda bəlkə də ilk tankçılar idik – buna görə qürur duyuram.
 
İlk döyüş əməliyyatımız
 
Bizə bir gün əvvəlcədən xəbər verdilər ki, sabah 47 nəfərdən 15-i döyüşlərdə iştirak edəcək. Ancaq əsgərlər bir-birilərini didirdilər döyüşə getmək üçün. Hər kəs deyirdi ki, mən gedəcəm. Bax bu idi vətəni sevmək. İndi də onların vətənpərvərliyi yadıma düşəndə tüklərim biz-biz durur. Əbülfəs adlı əsgər vardı, hönkür-hönkür ağlayırdı ki, məni də aparın. Nəhayət, səhər oldu, 5 tankla yola düşdük, qabaqda gedən tank bizimki idi. Yolda texniki problem yarandı, uşaqlara dedim ki, arxa tankdakılar bizim tankın problemli olduğunu bilməsin. Belə də oldu, döyüşə öndə biz girdik. Ermənilər bizi atəşə tutdu, qabağımızda da “Quruçay” deyilən bir yer vardı, azca su axırdı oradan. Bəxtimiz gətirdi, erməninin atdığı mərmilər bizim tankın silah yığdığımız hissəsinə düşüb dağıtdı, qalan mərmilər isə həmin çaydakı suya düşdü. Ermənilər yüksəklikdə olduqları üçün onları vura bilmirdik. Amma uğurlu əməliyyat oldu, Qırmızı Bazara girdik. Fəxr edirəm ki, Azərbaycanın ilk hücum əməliyyatlarında iştirak etmişəm və Qırmızı Bazara girən döyüşçülərin 17-nin 15-i bizim əsgər olub. Qırmızı Bazara girib mövqelərimizi tutduq, ancaq bizə kömək gəlmədi. Bütün çətinliklərlə 10 km yol irəliləməyimiz boşa getdi.
 
Ora bir ay dayanmadan yandı
 
Bir döyüşdə də bizim tankımız atmırdı, xarab olmuşdu. Hücuma keçəndə anidən böyük bir çuxura düşdük. Həmin an tankın xarab hissəsi işləməyə başladı, əsgər mənə dedi ki, komandir, icazə ver yoxlayım, görüm tank atırmı? Razılıq verdim, amma qarşımızda bir ferma vardı, sən demə, bura ermənilərin silah anbarı imiş. Oranı anında vurduq, böyük bir partlayış oldu. Həmin ferma bir ay dayanmadan yandı.
 
Erməninin başına 30 güllə vurduq
 
Bir dəfə də sakitlik idi, arxadakı tankın yanından atəş səsi gəldi. Geriyə baxıb gördüm Bakı nömrəsi ilə bir erməni maşınıdır. Soruşdum, nə baş verir? Dedilər ki, ata-bala iki erməni tutduq, “dayan” əmri verdik, qaçmağa başladılar, biz də vurub tutduq. Onlar yalvarırdılar ki, maşında çoxlu pulumuz var, bizi öldürməyin, nə istəsəniz, verərik. Ancaq bir müddət əvvəl bizim Hicran adlı bir igidimiz minaya düşüb parça-parça olmuşdu, biz onun ətini bir yerə yığa bilməmişdik, bu intiqam hissi içimizi yandırırdı. Sonra Azər adlı bir döyüşçümüzü Ağdam istiqamətində öldürmüşdülər, onun da intiqamı ürəyimizdə idi. Həmin atanı maşından düşürüb 30 güllə vurduq, adamın başı, az qala, bədənindən üzülürdü. Oğlunu isə bir güllə ilə öldürdük, onu vura-vura dedik:
 
“Biz Xocalının, Hicranın, Azərin qisasını qismən də olsa, aldıq. Həmin maşından 56 min pul çıxdı, maşının üstündən tankla keçdik, pulu isə təhvil verdik rotaya. Hansı əsgərin ehtiyacı varsa, evlənirsə, ona üzük-filan aldıq. Nəhayət, axşam saat 5-də bizə əmr gəldi ki, geri qayıdın. Biz orada evləri yoxladıq, yaşayış yox idi. Anidən baxdım ki, atın üstündə bir adam gəlir, ona işarə elədim ki, düş aşağı, ancaq o bizim bayrağımızı tankın üstündə görüb qaçmaq istədi. İmkan vermədim, onu vurdum və əsgərə dedim ki, qulağını kəsin.
 
Bizə baxıb ağlayırmışlar
 
Düzü, mən Hicran kimi kəşfiyyatçı əsgərin ölümünü qəbul edə bilmirdim və bir növ, sərtləşmişdim, adi həyatdakı kimi deyildim. Artıq ermənilər bizi mühasirəyə almışdı. Artilleriya komandirimiz Nizami bəyə dedik ki, ermənilərin nöqtələrini vurun. Beləcə, oradan xilas olduq. Həmin mühasirədə başını çıxaran erməni yerindəcə vurulurdu. Biz qayıdanda xəbər verdilər ki, birinci rota Cəmilli kəndi istiqamətində mühasirədədir, onları azad edin, oradan uzaqlaşın. Ancaq elə oldu ki, biz geri qayıdanda mənim tankım minaya düşdü, yaralandıq. Sonra dedilər ki, sizin tank minaya düşəndə alt hissəsi tamam sıradan çıxıb. Kənardakılar ağlaşırmış ki, biz ölmüşük, ancaq biz tankdan çıxanda onlar şok olmuşdular. Tankımız qara tüstünün içində 5-6 metr yüksəkliyə qalxaraq yerə çırpılmışdı.
 
Mübariz adlı əsgərimizi ermənilər vurmuşdu. Meyiti yanmışdı, onu əlimizdə döyüş bölgəsindən adyalın arasında çıxardıq. Bakıya gətirib atasının qapısında 6 saat dayandıq. Heç birimiz ürək edib atasına xəbər verə bilmirdik. Bax, belə şeylər olub.
 
Əsgərlərə kartof soyacağam, ancaq…
 
Tərxis olunandan sonra sivil həyata qayıtdıq. Bu gün dövlətin heç bir imtiyazından yararlanmıram və heç sevinə də bilmirəm, çünki biz qalib yox, məğlub tərəfik. Bugünkü gənclərimizdən razı deyiləm, ancaq bu, onların səhvi deyil, hamımızın evindəki agentin ucbatındandır. Həmin agent – bizim telekanallar, gənclərimizi məhv edən, vətənpərvərlikdən uzaq olan verilişlərdir. Gəncliyə son sözüm odur ki, vətənsiz insan olmaz, əgər vətəni qorumasanız, ata-ana da yox olacaq. Vətəni sevin, qoruyun! Bu gün müharibə başlasa, mən ilk gedənlərdən  biri olacağam. Lap əsgərlərə kartof soyacağam, ancaq Bakıda oturmayacağam. Bu gün veteran kitabçası da almamışam, çünki mən yararlıyam və bununla da fəxr edirəm.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler