Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Yuk masini budceye 9 min ziyan vurdu – Foto

20 views12/03/2016

11:32

13:28 – xeber – Bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 88-ci kilometrliyində baş vermiş ağır avtomobil qəzası nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib.

Azəravtayol ASC-nin mətbuat xidmətindən  Axar.az-a verilən məlumatda bildirilib ki, “Kamaz” markalı 22 BC 360 dövlət nömrə nişanlı qoşqulu yük maşını Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yol ayrıcındakı əyri-xətli dəmir tirləri dağıdaraq, aşıb. Qəza zamanı 140 paqon metrə yaxın dəmir arakəsmə sıradan çıxıb və bununla da dövlət büdcəsinə ilkin hesablamalara əsasən 9 min manata yaxın ziyan dəyib.

Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib. Hazırda qəzanın fəsadları “Azəravtoyol” ASC-nin əməkdaşları tərəfindən aradan qaldırılır.

Qeyd edək ki, baş vermiş ağır qəza zamanı yük maşınında olan sərnişin 1988-ci il təvəllüdlü Hüseynov Elvin Rabit oğlu dünyasını dəyişib. Sürücü – Goranboy rayon sakini 1986-cı il təvəllüdlü Ələkbərov Rövşən Əli oğlu ağır yaralanıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler