Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Yeni SSRİ-ye inam olur: ermeniler de pesmandir

18 views30/11/2016

21:40

– xeber –
Ermənistan əhalisi Avrasiya İttifaqı ölkələri içərisində birlikdən ən çox narazı olandır.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu nəticə “Avrasiya Monitoru” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğunun nəticəsinə əsasən, ölkə əhalisinin 46%-i ölkənin Avrasiya İttifaqında olmasını dəstəkləyir. Bu isə keçən ilin nəticəsindən 10% azdır.
Ermənistanla yanaşı, digər üzv ölkələrdə Avrasiya İttifaqına maraq azalmaqdadır. Belə ki, Qazaxıstan əhalisinin 74%-i Avrasiya İttifaqını dəstəklədiyini açıqlayıb. 2015-ci ildə bu göstərici 80% idi. Birliyin lokomotivi olan Rusiyada da aşağı göstərici qeydə alınıb. Bu il rusların 69%-i ittifaqın qalmasında maraqlı olduğunu bildirib. Rusların təşkilata etibarında 9% geriləmə müşahidə edilib. Qırğızıstanda nə qədər geriləmə olsa belə, hələ də Avrasiya İttifaqı tərəfdarlarının sayı çoxluq təşkil edir. Bu göstərici üzv ölkələr arasında ən yüksək rəqəm hesab olunur – qırğızların 81%-i Aİ-ni dəstəkləyir.
Sorğu zamanı ən maraqlı göstərici Belarusda qeydə alınıb. Belaruslar digər müttəfiqlərindən fərqli olaraq İttifaqa inamlarını itirməyiblər. Keçən ildən fərqli olaraq inananların sayında 3% artım (63%) müşahidə edilib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler