Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

“Yeni razilasma Turkiyeni AB-ye aparmir”

16 views12/03/2016

06:44

08:30 – xeber – Türkiyə-AB arasında uzun sürən danışıq və məsləhətləşmələr sırf iki tərəfin maraqlarına aiddir.
 
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov Türkiyə-AB arasında miqrant axını ilə bağlı əldə olunan razılaşmaya münasibət bildirərkən deyib. Politoloq qeyd edib ki, Azərbaycanın AB ilə öz əlaqələri var:
 
“Azərbaycanın özünün Avropa Birliyi ilə münasibətləri var və bu çərçivədə bəzi oxşar məqamlar mövcuddur. Türkiyə müəyyən irəliləyiş etdi. AB ilə viza rejiminin sadələşdirilməsi bu ölkəyə müəyyən yüngüllük gətirəcək. Lakin əsas məsələ – yəni, Türkiyənin AB-yə qəbul edilməsi hələlik ciddi və ümidverici təminat yaratmır. Zənn edirəm ki, 50 ildən artıq davam edən danışıqlar hələ də davam edəcək. Çünki Ankaranın Birliyə qəbulunu istəməyən nüfuzlu qüvvələr var”.
 
Analitik vurğulayıb ki, Qarabağ məsələsi ilə bağlı Türkiyə daim Azərbaycanın haqlı tələblərini dəstəkləyb:
 
“Bu elə siyasi yardım anlamına gələn münasibətdir. Lakin Ankara vasitəçilik formatında təmsil olunmamasına görə tövsiyəverici münasibət bildirə bilər. Rəsmi Brüssel Minsk Qrupunun fəaliyyətinə müsbət yanaşır. Ankara özü də hələ ki, bu formatı silməyə tələsmir. Odur ki, bu problemin kontekstində dəyişikliklər baş verəcəyi halda yeni müzakirələr və cəhdlər baş tuta bilər”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler