Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Yeni dovlet qurmaq ucun Turkiyenin cenubuna hucuma kecdiler

26 views02/01/2016

17:20

2 Yanvar 2016 19:15 – xeber –
PKK-nın Suriya qolu olan PYD Türkiyənin dəstəklədiyi Suriya müxalifətinin nəzarətindəki iki kəndə hücum edib. Olkem.az Publika.az-a istinadən bildirir ki, PYD Teneb və Keştear kəndlərini öz nəzarətinə götürüb. Kənddəki yüksək binalara snayperlər yerləşdirilib.
Suriya müxalifətinin Şam cəbhəsinin komandiri Muammad Ahmed bildirib ki, onlar İŞİD-lə mübarizə apardıqları bir vaxtda PYD fürsətdən istifadə edərək əks cəbhədən zərbələr endirir. 
 
"PYD-nin məqsədi Hələbin şimalındakı Kobani ilə Afrin arasındakı bölgənin nəzarətini ələ keçirmək və Hələbdə müxaliflərə gələn yardımın qarşısını almaqdır. Onların Kobani ilə Afrin zonasını bir-birinə bağlamaq niyyəti var. Biz buna imkan verməyəcəyik", – deyə o qeyd edib.
 
Qeyd edək ki, Suriyanın Şimalında yerləşən Kobani ilə Afrin bölgəsi arasındakı müxaliflərə aid ərazinin PYD tərəfindən tutulması Türkiyənin strateji hədəfləri üçün ciddi zərbə ola bilər. Burada məqsəd, həmçinin, Şimali İraq Kürdüstanı ilə bu əraziləri birləşdirərək, Aralıq dənizinə çıxış əldə etmək, gələcəkdə isə Türkiyənin cənub sərhədlərində dövlət qurmaqdır.

milli.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler