Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

“Yaxin dovrlerde neft bahalasmazsa…” – Ekspert

24 views12/03/2016

07:12

09:09 – xeber – Rusiya 2015-ci ildə neft hasilatını artırmış kimi görünsə də, növbəti illərdə hasilatın azalacağı ilə bağlı tendensiyalar özünü doğruldacaq.
 
Bu barədə Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, Rusiya ötən il hasilatı artırılmaqla ölkəyə daxil olan valyutaların azalmasını kompensasiya etməyə çalışıb:
 
“Bir çox ənənəvi neft hasilatçısı olan ölkələrdə hasilatın azalması gözləniləndir. Rusiya 2015-ci ildə neft hasilatını artırmış kimi görünsə də, növbəti illərdə hasilat azalacaq. Ancaq bir məqam da var ki, neft yataqlarının üzə çıxması prosesi dövri olaraq davam edir. ABŞ-da şist neftinin (slans) hasilatının başlanması və bu neftin maya dəyərinin azaldılması istiqamətində işlər aparılır. Bu isə dünyanın neft hasilatçısı olmayan ölkələrdə belə yeni yataqların üzə çıxmasına səbəb ola bilər. Yəni dünya bazarlarında neft təklifinin qısa müddətdə azalmasını gözləmək doğru deyil. Təxminən 40-50 il bundan əvvəl dünya hesablamalarına görə, hazırkı dövrdə neft ehtiyatları tükənməli idi. Ancaq neft hasilatı artıb, dünyada olan neft ehtiyatları isə əvvəlki dövrlərlə müqayisədə daha çoxdur. Rusiyada bu istiqamətdə müəyyən işlər gedir. Hazırda Şimal Buzlu okeanında neft axtarışlarına Moskvanın imkanları çatmasa da, gələcəkdə bu prosesi davam etdirə bilərlər”.
 
İqtisadçı hesab edir ki, hazırkı situasiyada neftin qiyməti qısa müddətdə bahalaşmayacaq:
 
“Əgər yaxın dövrlərdə neft bahalaşmazsa, bu sanksiyalardan sonra valyuta ehtiyatları sürətlə əriyən Rusiya üçün böyük bir geriləmənin başlanğıcı olacaq”.
 
Qeyd edək ki, Rusiya Energetika Nazirliyinin 2011-ci ildə hazırladığı hesabatda bu ölkədə neft hasilatının 20 il sonra yarıbayarı azalacağı bildirilir.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler