Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Yasayis evinde partlayis: xesaret alan var

8 views06/11/2016

22:36

00:28 – xeber – Şəmkirdə partlayış olub.
 
APA-nın məlumatına görə, hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb.
 
Kənd sakini Akif Əliyeva məxsus evdə baş verən partlayış nəticəsində ev yerlə yeksan olub. Məlumata görə, A. Əliyev bir neçə ildir Rusiyaya köçüb. Evini isə Ramin Hacıyev adlı şəxsə kirayə verib. Həyat yoldaşı ilə kirayə qalan R. Hacıyev ötən gün saat 16 radələrində evə gələrək işığı yandırmaq istəyərkən güclü partlayış baş verib. Nəticədə sahəsi 200 kvadratmetrdən artıq olan ev tamamilə dağılıb. R. Hacıyev isə ağır yanıq xəsarətləri alaraq Bakı şəhərindəki xəstəxanaların birinə aparılıb. Partlayışın qaz sızmasından baş verdiyi bildirilir.
 
Faktla bağlı araşdırma aparılır. 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler