Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Yanukovic: “2013-de o muqavileni imzalasaydim…”

13 views29/11/2016

13:08

– xeber –
Ukrayna hökuməti 2013-cü ildə asanlıqla avrointeqrasiya prosesini davam etdirə bilərdi, amma bu, ölkənin iqtisadi maraqlarının ziddinə olacaqdı.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın eks-prezidenti Viktor Yanukoviç videoəlaqə vasitəsilə məhkəməyə verdiyi ifadəsində söyləyib. Onun sözlərinə görə, əgər assosiativ üzvlük haqqında müqavilə imzalansaydı, o, ikinci dəfə prezident olacaqdı:
“Siyasi nöqteyi-nəzərdən mənim üçün assosiativ üzvlük haqqında müqaviləni gözlərimi bağlayaraq imzalamaq sərfəli idi. Bunun nəticəsində məni ikinci dəfə prezident seçəcəkdilər. Amma ölkə üçün bu, yaxşı bitməyəcəkdi. Mən hər şeyi insanların xeyrinə etmişəm. Bu müqavilə və azad ticarət zonasının yaradılması, əsas istiqamətini Rusiya və keçmiş SSRİ ölkələrinə yönəltmiş Ukrayna istehsalçıları üçün sərfəli deyildi”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler