Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Xosqedem ANS-den getdi – Video

50 views11/03/2016

14:28

16:19 – xeber – Telejurnalist Xoşqədəm Hidayətqızı ANS televiziyasında aparıcısı olduğu “Deməsək, olmaz” verilişinin tamaşaçıları ilə canlı yayımda vidalaşıb.
 
Publika.az xəbər verir ki, telejurnalist bundan sonra verilişi aparacaq İradə İsaqı studiyaya dəvət edib və öz masasını ona təhvil verib:
 
“Allahın mənə bəxş etdiyi gözəl bir hiss yaşayıram. Çox az bir zamanda ana olacağam. Analıq məzuniyyətinə gedirəm. Fevralda məzuniyyətə çıxmağı düşünəndə verilişi kimə həvalə edəcəyimi çox düşündüm. Bu gün verilişi İradə İsaqa təhvil verirəm. "Deməsək, olmaz"ı məndən sonra məhz onun aparacağına sevinirəm. ANS-də mənə kömək olan, yanımda dayanan dostlar qazandım”.

Qeyd edək ki, teleaparıcı Xoşqədəm Hidayətqızı türkiyəli müğənni Doğuşla ailəlidir.
 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler