Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Xocali soyqirimi Turkiye TV-sinde – Video

40 views27/02/2016

21:00

22:55 – xeber – 25-26 fevral 2016-cı il tarixlərində Türkiyənin Konya şəhərində Xocalı soyqırımının anım günləri keçirilib.
 
Bu barədə Axar.az-a məlumat verən Prezident təqaüdçüləri Gənclər Birliyinin rəhbəri Təbriz Raufoğlu bildirib ki, 2 gün ərzində Türkiyənin ən böyük ali təhsil müəssisələrindən olan Səlçuk Universitetində sərgi təşkil olunub, simpozyum keçirilib, Türkiyə mətbuatında məlumatlandırma aksiyaları reallaşıb.
 
“Fevralın 25-də jurnalist həmyerlimiz Nihat Hüseynzadə ilə ÜnTV-nin efirində canlı yayımlanan “Günə baxış” proqramının qonağı olduq. Canlı yayımda Xocalı qətliamının hüquqi və siyasi tərəfləri, dünya ictimaiyyətinin diqqətinin faciəyə yönləndirilməsi istiqamətində həyata keçirlən tədbirlər haqqında geniş məlumat verdik. Verlişdə Türkiyə və Azərbaycan münasibətlərinə, iki dövlətin vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı fəaliyyətinə, mövcud əlaqələrin daha da genişləndirilməsinə toxunuldu”, – deyə Birlik sədri söyləyib.
 
O da əlavə edilib ki, 26 fevral tarixində Səlçuk Universitetinin Süleyman Dəmirəl Mədəniyyət Mərkəzində keçirilən simpozium Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə gerçəkləşib. Müxtəlif ölkələrdən 200 nəfərə yaxın iştirakçının qatıldığı tədbirdə jurnalist Elşad Eyvazlının ssenari müəllifliyi ilə İrəli İctimai Birliyi tərəfindən çəkilən “Böyüməyən uşaqlar” filmi nümayiş etdirilib.
 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler