Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Xocali CAR-da anildi – Foto

14 views27/02/2016

12:32

14:22 – xeber – 26 fevralda Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı səfirliyində Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə foto-sərgi keçirilib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, səfirliyin həyətyanı sahəsində təşkil edilmiş foto-sərgidə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalıda mülki Azərbaycan əhalisinə qarşı törədilmiş cinayətlər və soyqırımı qurbanlarının əks olunduğu fotoşəkillər və çap materialları nümayiş etdirilib.
 
Gün ərzində tədbirdə CAR ictimai-siyasi dairələrinin, diplomatik korpusun, kütləvi informasiya vasitələrinin, müxtəlif icma təşkilatlarının nümayəndələri, habelə 2013 və 2014-cü illərdə keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinə qatılmış tələbələr və yerli əhali iştirak edib.
 
Tədbir iştirakçılarına 1992-ci ilin 25-26 fevral tarixlərində Xocalı şəhərində ermənilər tərəfindən xüsusi amansızlıqla törədilmiş soyqırım, onun beynəlxalq aləmdə tanıdılması istiqamətində Azərbaycan tərəfindən görülmüş işlər, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası barədə məlumat verilib.
 
Bununla yanaşı, yerli jurnalist Simone Heradien tərəfindən Dağlıq Qarabağ münaqişəsi, Xocalının tarixi, soyqırım zamanı erməni işğalçı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər və CAR tarixində aparteid zamanı bənzər Mamelodi qırğını haqda yazılmış məqalə tədbir iştirakçılarına paylanlb.
 
Habelə, Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitablar, jurnallar və digər müxtəlif illüstrativ materiallar sərgi iştirakçılarına təqdim edilib.
 
Tədbir yerli kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılıb. 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler