Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Xinaliq yolu 6 gunden sonra acildi (FOTO)

58 views06/01/2016

20:10

6 Yanvar 2016 21:58 – xeber –
6 gündür bağlı olan Quba Xınalıq yolu bu dəqiqələrdə qardan təmizlənərək açılıb.
Olkem.az xeber verir ki, bu barədə anspress-ə hazırda həmin yolda fəhlələrlə birlikdə olan Qubadakı 6 saylı yol istismar idarəsinin rəisi Aydəmir Manafov məlumat verib. Onun sözlərinə görə, 3 gündür ki, yolda işləyən nəqliyyat işçiləri həyatları hesabına yolu aça biliblər.
Çünki yolda hər an qar kütləsi tez-tez texnikanin, işçilərin üstünə gəlirdi. Fəhlələrin təhlükəsizliyinə bu anda 3 faiz belə zəmanət vermədiyini deyən Aydəmir Manafov bildirdi ki, qarın təmizlənmə işlərinə idarənin 23 işçisi, 5 texnikası cəlb olunmuşdu
Artıq Xınalıq sərhəd zastavasının yolu tam açılıb.
Ölkə ərazisində dekabrın 30-dan başlayan şaxtalı, qarlı hava şəraiti nisbətən mülayimləşsə də, qar səbəbindən bəzi yollar bağlanmışdı Xüsusilə şimal bölgəsində.
Qubanın Xınalıq, Xaltan, Qonaqkənd, Söhüb, Dərk kəndləri istiqamətlərində yollarda hərəkət məhdud idi.
Quba Fövqəladə Hallar Komisiyyasının sədri Yusif Abidov rayonda bağlanmış yolların açılması üçün bütün istiqamətlərdə iş aparıldığını söyləyib.

milli.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler