Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

XİN rehberi Fude Mehemmedi qebul etdi

0 views14/11/2017

17:17


[r32]
– xeber –
Xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının Cənubi Sinay vilayətinin qubernatoru, Şarm-əş-Şeyx şəhərinin meri Xalid Fudə Məhəmmədin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Azərbaycanla Misir arasında tarixi əlaqələrə toxunan E. Məmmədyarov, ölkələr arasında mədəni və dini bağlılığının münasibətlərin inkişafına müsbət təsir göstərdiyini və əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu bildirib.
Azərbaycana xüsusi rəğbəti olduğunu deyən Xalid Fudə Məhəmməd isə iki ölkə arasında birbaşa uçuşların bərpa edilməsinin ikitərəfli əməkdaşlığı gücləndirəcəyini və turizmin inkişafına təkan verəcəyini söyləyib.
Görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın cari vəziyyətinə nəzər salınıb və bu istiqamətdə səylərin artırılmasının vacibliyi vurğulanıb.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler